 |
|
|
| |


Kitab fondlarının
mühafizəsi şöbəsi
Şöbə müdiri: İsmayılova
Xuraman İsbi qızı
Tel.: (994 12) 493 92 18
Şöbə haqqında ümumi məlumat
Respublikamızda uzun illərdən bəri formalaşmaqda olan kitabxana
fondları içərisində Milli Kitabxananın universal məzmunlu kitab
fondu xüsusi yer tutur.
Respublikanın baş kitabxanasında əsas fondun təşkili və onun
inkişafı 87 illik tarixə malikdir.
1923-cü ildə rəsmi açılışı olmuş kitabxananın fəaliyyətini təmin
etmək məqsədilə fondun təşkilinə ciddi fikir verilmiş, əsas
diqqət ayrı-ayrı şəxslərdən kitabların satın alınmasına
yönəldilmiş və əsasən milli çap məhsullarının toplanmasına səy
göstərilmişdir. Bir faktı göstərmək kifayətdir ki, 1922-ci ildə
Baş İqtisad Şurası Dövlət kitabxanasına milli dildə kitab almaq
üçün 10 000 manat qızıl pul verilməsini lazım bilmişdir.
Kitabxananın açılışı zamanı onun fondunda 20 441 nüsxə çap
məhsulu toplanmış və bunun 900 nüsxəsi milli dildə olmuşdur. Bu
zaman fond 3 şöbədə sistemləşdirilmişdir:
Şərq şöbəsi
Avropa şöbəsi
Rus şöbəsi
Kitabsaxlayıcıda bütün bilik sahələri üzrə kitablar,
jurnallar, ardı davam edən nəşrlər, qəzetlər (Azərbaycan və rus
dilində) toplanır. Əsas diqqət
fondun formalaşdırılmasına, ondan
istifadə olunmasına və mühafizəsinə verilir. Fondun tərkibində
erməni və gürcü dilində də ədəbiyyat saxlanılır.
Fondda ədəbiyyat sistemli, format və
əlifba-xronoloji qaydada
düzülmüşdür.
Strukturu
-
Azərbaycan ədəbiyyatı bölməsi
-
Format üzrə qruplaşdırılmış ədəbiyyat bölməsi
-
Jurnal və
digər
ardı davam edən
nəşrlər bölməsi
-
Elektron informasiya daşıyıcıları bölməsi
-
Sistemli
ədəbiyyat bölməsi
-
Qəzet fondu bölməsi
-
Nadir kitablar bölməsi
-
Böyük formatlı ədəbiyyat və xəritələr bölməsi.
Vəzifələri
-
Əsas kitab fondundan kitabxananın bütün oxu zallarının
oxucularının, KAA şöbəsinin abonentlərinin və kitabxananın
əməkdaşlarının istifadəsini təmin edərək çoxsaylı ədəbiyyat
fondunu mühafizə etmək.
Fəaliyyət istiqamətləri
- Kitabsaxlayıcıda ədəbiyyat verilişi oxucuların və
abonentlərin sifarişi əsasında həyata keçirilir.
Kitabsaxlayıcınun fondu kitabxananın bütün kataloqlar
sistemində öz əksini tapır;
- Nadir kitablar bölməsi
1962-ci ildən fəaliyyət göstərir. Əsas vəzifəsi elmi
əsərləri, , miniatür kitabları və poliqrafik
cəhətdən nəfis şəkildə tərtib edilmiş ədəbiyyatı toplamaq,
mühafizə etmək və elmi ictimaiyyətin istifadəsinə
çatdırmaqdan ibarətdir. Nadir kitablar
bölməsindən il ərzində orta hesabla 2000 oxucu istifadə
edir. Ədəbiyyat verilişi isə təxminən 6000-ə yaxındır.
Fondda 16 dildə 7000-ə yaxın çap məhsulu qorunub saxlanılır;
- Qəzet fondunda
əsasən 1920-ci ildən sonra çap olunmuş Azərbaycan və rus
dillərində qəzetlər saxlanılır. Fondun tərkibində Azərbaycan
qəzeti arxivi yaradılıb və burada eyni zamanda 1894-cu və
1910-cu ilin “KASPİ” qəzeti də mühafizə olunur.
<<
Geri
|
|
| |
|