Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab palatası)

Şöbə müdiri: Talıbova Liliya Xəlil qızı
Tel.: (994 12) 498 51 64

Şöbə haqqında ümumi məlumat


Şöbə 1925-ci ildən Azərbaycan Dövlət Kitab Palatasının əsasında fəaliyyətə başlamışdır. Bu illər ərzində «Kitab salnaməsi», «Mətbuat salnaməsi», «Birillik Azərbaycan kitabiyyatı» və s. kimi biblioqrafik nəşrləri çap etmişdir. 1987-ci ildən bu nəşrlər məlum səbəblər üzündən dayandırılmışdır.

2003-cü ildən şöbə Milli Kitabxananın nəzdində fəaliyyətə başladı və «Birillik kitabiyyat»ın 1990, 1991, 2000-ci illəri əhatə edən nəşrləri çap edildi.

 Vəzifələri

  • Respublikada çap olunan kitablar haqqında analitik biblioqrafik məlumatları tez və vaxtında hazırlayıb oxuculara təqdim etmək, biblioqrafik vəsaitlərin tərtibi ilə yanaşı məlumat, biblioqrafiya işləri və ölkə çap məhsullarının uçotunu aparmaq

Fəaliyyət istiqamətləri

  • Azərbaycanda Azərbaycan və rus dillərində çap olunan kitabları «Birillik Azərbaycan kitabiyyatı»nda əks etdirmək üçün onların seçimini, təsvirini, sistemləşdirilməsini, redaktə olunmasını həyata keçirir.

 
<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved