Kitab
fondlarının
formalaşdırılması
şöbəsi Şöbə
müdiri:
İbrahimova
Gülarə
Aydın
qızı Tel:
(994 12) 493 06 35
Şöbə
haqqında
ümumi
məlumat
Kitab
fondlarının
formalaşdırılması
şöbəsi
1923-cü
ildən
başlayaraq
fəaliyyət
göstərir.
1925-ci ildən öz fondunu daha da zənginləşdirmək məqsədilə
respublikaların kitab palatalarından məcburi nüsxələr almağa
başlayıb.
Hal-hazırda şöbə Milli Kitabxana fondunu müxtəlif dillərdə dünya
əhəmiyyətli universal profilli nəşrlərlə və digər məlumat
daşıyıcıları ilə komplektləşdirir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr 611-1Q saylı fərmanı ilə
təsdiq olunmuş «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq Milli Kitabxanaya
dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə
məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi və fiziki
şəxslər tərəfindən buraxılan çap məhsullarından 4 pulsuz məcburi
nüsxə, respublikada nəşr olunan bütün qəzet və jurnallardan isə
2 pulsuz məcburi nüsxə göndərilir. 2009-cu ilə
qədər kitabxananın fondu 4 516 841 çap məhsuludur.
Kitab: 2362 857 Digər sənəd:
2 153 984
Strukturu
Kitab fondunun uçotu bölməsi
Milli ədəbiyyatın
komplektləşdirilməsi bölməsi
Dövri mətbuat bölməsi
Vəzifələri
Fondu yeni ədəbiyyatla və
əvvəlki illərin nəşrləri ilə komplektləşdirmək, alınan
ədəbiyyatın ümumi və fərdi uçotunu aparmaq.
Fəaliyyət
istiqamətləri
Çatışmayan ədəbiyyat müxtəlif
kitabxanalardan, Respublika Əlyazmalar Fondundan, Rusiya
Federasiyasının Milli Kitabxanasından və digər
təşkilatlardan ümumi fondun və Azərbaycan ədəbiyyatının
arxivi fondunun
tamamlanması məqsədilə əldə edilir;
Komplektləşdirmə müxtəlif
mənbələr vasitəsilə həyata keçirilir:
Kitab ticarəti ilə məşğul
olan təşkilatlar (kitab dükanları, kitabxana kollektoru
və digər);
Elmi-tədqiqat institutları.
1994-cü ildən kitabxana
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komisiyyasından doktorluq və namizədlik dissertasiyalarını,
habelə onların avtoreferatlarını alır;