 |
|
|
| |


Ədəbiyyatın
elmi sistemləşdirilməsi şöbəsi
Şöbə müdiri: Baxşəliyeva Gözəl İsmayıl qızı
Tel.: (994 12) 493 18 06
Şöbə haqqında ümumi məlumat
Ədəbiyyatın elmi sistemləşdirilməsi şöbəsi 1980-ci ildən
müstəqil fəaliyyət göstərir.
Şöbəyə daxil olan ədəbiyyat Azərbaycan, rus dillərində
olan kitablardan, avtoreferat və dissertasiyalardan ibarətdir.
Strukturu
Vəzifələri
-
Kitab fondlarının
formalaşdırılması
şöbəsində ilkin işlənmədən sonra şöbəyə daxil olan
ədəbiyyatı (həm Azərbaycan, həm də rus dilində)
Kitabxana-biblioqrafiya təsnifat cədvəli (KBT) əsasında
təsnifləşdirmək, təsvir və redakdə edərək, Azərbaycan
ədəbiyyatının arxivi və Kitab
fondlarının mühafizısi şöbələrinə təhvil vermək;
-
Şöbəyə daxil olan əlavə nüsxələrin də
sistemli və oxucu əlifba kataloqunda öz əksini tapması üçün
işləmək.
Fəaliyyət istiqamətləri
-
Şöbədə milli ədəbiyyat baş əlifba,
sistemli və əlifba oxucu kataloqlarında, rus dilində olan
ədəbiyyat isə sistemli kataloqlarda əksini tapır, sistemli
kataloqdan istifadəni asanlaşdırmaq üçün əlifba-predmet
göstəricisi şöbənin əməkdaşları tərəfindən daim
yeniləşdirilir, kataloq qutularının müntəzəm elmi və texniki
redaktəsi həyata keçirilir;
-
60-cı illərdən 1974-cü ilə qədərki
avtoreferatların kataloqu bütün elm sahələri üzrə, 1975-ci
ildən sonrakı avtoreferatların kartoçkaları isə elm
sahələrinə görə ayrı-ayrı illər üzrə əks xronologiya ilə
düzülür;
-
Şöbə latın qrafikalı ədəbiyyatı alır və
onlar baş əlifba, sistemli oxucu və əlifba kataloqlarında
yerləşdirilir;
-
Rus dilində olan dissertasiya
avtoreferatları «Ad» işarəsi ilə avtoreferat kataloqunda,
dissertasiyalar isə «D» işarəsi ilə dissertasiyalar
kataloqunda verilir;
-
2004-cü ilin yanvarından şöbəyə
respublikamızda rus dilində nəşr olunmuş ədəbiyyat da daxil
olur və işlənir;
-
Ədəbiyyatın qrup halında işlənməsi
bölməsi tədris-metodik, məlumat, reklam və informasiya
xarakterli ədəbiyyatı seçib təsnifləşdirir və oxucuların
xidmətinə verir.
<< Geri
|
|
| |
|