Sorğu informasiya xidməti şöbəsi

Şöbə müdiri: Əliyeva Zemfira Balakişi qızı.
Tel: (994 12) 493 60 04

Şöbə haqqında ümumi məlumat

Sorğu-informasiya xidməti şöbəsi  1927-ci ildən fəaliyyət göstərir. Əvvəlcə Məlumat bürosu, 1974-cü ildən isə Məlumat-biblioqrafiya şöbəsi adı ilə adlandırıldı.  
Şöbədə 8 nəfərlik oxu zalı var. Zalda soraq və biblioqrafik nəşrlər açıq rəf üsulu ilə düzülmüşdür.

Strukturu

  • Kataloqlarla xidmət bölməsi
  • Informasiya xidməti bölməsi

Vəzifələri

  • Kataloq və kartoteka sistemi ilə biblioqrafik xidmət göstərmək, oxucuları məlumat-biblioqrafiya bilikləri ilə maarifləndirmək

Fəaliyyətinin əsas istiqamətləri

  • Ali dövlət orqanlarından, yeni yaradılmış müxtəlif qurumlardan, müəssisə və təşkilatlardan və ayrı-ayrı oxucu qruplarından şöbəyə daxil olan yazılı və şifahi arayışların ilboyu cavablandırılması;
  • Şöbəyə daxil olan yeni ədəbiyyatın informasiya bülletenlərinin tərtibi və oxucuların istifadəsinə verilməsi;
  • Şöbə soraq və biblioqrafik nəşrlər fondunu daxili kataloq və biblioqrafik kartoteka sistemində əks etdirir;
  • Sahəvi zalların oxucuları üçün yeni ədəbiyyatın biblioqrafik xülasələrinin keçirir;
  • Şöbə tərəfindən biblioqrafik göstəricilər tərtib edilir.

 
<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved