 |
|
|
| |
 
Not nəşrləri və
səsyazmaları şöbəsi
Şöbə müdiri: Məmmədova Tamilla Rəhim qızı
Tel: (994 12) 493 46 60
Şöbə haqqında ümumi məlumat
Not nəşrləri və səsyazmaları şöbəsi 1960-cı ilə qədər Xidmət
şöbəsinin bölməsi kimi fəaliyyət göstərib. 1961-ci ildə
Not-musiqi şöbəsi yaradıldı.
Şöbənin fondunda 121 000 not nəşrləri toplanmışdır.
Kitabxananın kompleks şöbəsidir. 244 000 nüsxə ədəbiyyatı olan
ümumi fondunda 200 000 not materialları, 30 000 səs yazmaları (qrammofon
valları), 4000-ə yaxın not və səhnə əsərlərinin əlyazmaları, 10
000 nüsxə musiqi haqqında kitablar mövcuddur.
Şöbənin 16 nəfərlik yeri olan not nəşrləri, kitab, qrammafon
valları
oxucuların xidmətindədir. Zalda tələbatçının musiqini fərdi və
qrup halında dinləməsi üçün xüsusi avadanlıqlar (val səsləndirən
cihaz, qulaqcıqlar) oxucuların istifadəsindədir.
1981-ci ildən şöbədə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin əmrinə əsasən, Azərbaycan bəstəkarlarının
əlyazmalarının fondu bölməsi təşkil edilmişdir. 2000-ci ildən
isə pyeslərin (səhnə əsərlərinin) əlyazmaları fondu yaradıldı.
Şöbənin fondunda ayrıca fond kimi qorunub saxlanılan milli not
materiallarının və səsyazmalarının arxiv fondu respublikanın
yeganə qızıl fondudur.
2006-cı ilin mart ayında Yaponiya
Səfirliyi tərəfindən fonoteka zalı üçün CD-ləri səsləndirən 11
maqnitafon, kasetlər üçün 4 maqnitafon, qrammafon vallarının
köçürülməsi üçün 1 ədəd səsyazma cihazı, 15 dinləyicinin
istifadəsi üçün stol və stul və s. verilmişdir.
Kompleks xarakterli şöbə olduğundan Kitab fondlarının
formalaşdırılması, Kitabişləmə və kataloqlaşdırma, Kitab
fondlarının muhafizəsi və Oxuculara xidmət, Sorgu informasiya
xidməti, Azərbaycan ədəbiyyatının arxivi, Kitabxana siyasəti və
metodik rəhbərlik, Mədəni-kütləvi işlər və Depozitar ədəbiyyat
şöbələrinin funksiyalarını özündə cəmləşdirir.
Strukturu
- Fonoteka bölməsi
- Not əlyazmalarının arxivi bölməsi
- Not nəşrləri bölməsi
Vəzifələri
- Əlyazmalar, qrammafon vallarını komplektləşdirmək,
uçotunu aparmaq, kataloqunu tərtib etmək, sistemləşdirmək və
respublikanın musiqi sahəsinə
tələbatı olan oxuculara kompleks şəkildə differensial xidmət
göstərmək.
Fəaliyyət istiqamətləri
- Oxuculara şifahi və yazılı tematik arayışlar verməklə
daxildə və şöbədənkənar müəssisə və təşkilatlara, məktəblərə
və başqa musiqi ocaqlarına kütləvi tədbirlərin keçirilməsi
işində bilavasitə xidmət göstərir;
- Şöbənin zalında musiqi sahəsi ilə əlaqədar bəstəkarların
ildönümləri münasibətilə əlamətdar və tarixi günlərə dair
sərgilər təşkil edir, habelə onların həyat və yaradıcılığını
əks etdirən məqalələri dövri mətbuatda çap edərək,
hazırlayır;
- Oxucuların musiqiyə dair tələbatını yetərincə ödəmək
məqsədilə «Musiqi dünyası» və «Min bir mahnı» jurnallarında
gedən materialların iki dildə (Azərbaycan və rus)
analitik-biblioqrafik təsvirini edir, bütün məqalələr mövzu
kartotekasında öz əksini tapır;
- Şöbə öz fondunu hər hansı bir musiqi informasiyasına
cavab verən xüsusi kataloq sistemində - əlifba, sistemli
kataloq və mövzu, mətn kartotekalarında əks etdirir.
<<
Geri
|
|
| |
|