Kitabxanalararası abonement şöbəsi

Şöbə müdiri: Hacıyeva Tərlan Kəlbəli qızı
Tel: (994 12) 598 51 64

Şöbə haqqında ümumi məlumat

Kitabxanalararası abonement şöbəsi (KAA) 1936-cı ildən fəaliyyət göstərir. KAA-dan istifadə edən hər bir oxucu ona lazım olan ədəbiyyatı yaşadığı ərazidə yerləşən kitabxanaya sifariş verməklə əldə edə bilər. Hal-hazırda KAA şöbəsindən 635 abonent istifadə edir. Onlardan 401-i şəhər kitabxanaları, 234-ü şəxsi abonentlərdir.

Strukturu

  • Kitabxananın işçilərinə xidmət bölməsi
  • Kitabxanalararası abonement bölməsi

Vəzifələri

  • Kitabxananın fondundan kitabxananın əməkdaşlarına evə ədəbiyyatın verilməsini təşkil etmək
  • Dövlət müəssisələri kitabxanalarını, eyni zamanda Sumqayıt şəhər və Abşeron rayon MKS-nı və digər kitabxanaları ədəbiyyatla təmin etmək

Fəaliyyət istiqamətləri

  • KAA-ya üzv olmaq üçün bu işə məsul olan şəxsin imzası və kitabxananın möhürü ilə təsdiq olunmuş sifariş blankı əsas götürülür
  • Hər bir kitabxana eyni vaxtda istifadə etmək üçün 10 nüsxə kitab və jurnal götürə bilər, onlardan ancaq oxu zalında istifadəsinə icazə verilir

KAA vasitəsilə hansı nəşrlər verilmir

  • Azərbaycan ədəbiyyatının arxivi şöbəsində, nadir kitablar bölməsində olan ədəbiyyat
  • Dissertasiyalar, sorğu-məlumat xarakterli ədəbiyyat, ensiklopediyalar, lüğətlər
  • Tək nüsxəli nəşrlər və dərsliklər
  • Qəzetlər

 
<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved