Kitabxana siyasəti və metodik rəhbərlik şöbəsi

Şöbə müdiri: Bayramov Dəmir Əmrah oğlu
Tel: (99412) 498 71 62

Şöbə haqqında ümumi məlumat

Kitabxana siyasəti və metodik rəhbərlik şöbəsinin yaradılması hər şeydən əvvəl, respublikada kütləvi kitabxana şəbəkəsinin təşkili və bu işin inkişafı ilə bağlı idi.

1948-ci ildə Respublika Dövlət kitabxanasi nəzdində Kitabxanaşünaslıq və tövsiyə biblioqrafiya kabinetinin meydana gəlməsi müstəqil metodik şöbənin yaranması üçün mühüm rol oynadı və 1960-cı ildə Elmi metodik kitabxanaşünasliq şöbəsinin əsası qoyuldu. Həmin vaxtdan şöbə öz işini yenidən qurmağa başladı.

Vəzifələri

  • Elmi metodik kitabxanaşünasliq şöbəsi Azərbaycan Respublikasının mərkəzləşdirilmiş kitabxana sistemlərinə (MKS), eləcə də başqa kitabxanalara metodik təminat işinin həyata keçirilməsinin qarantıdır.

Fəaliyyətinin əsas istiqamətləri

  • Milli Kitabxananın müvafiq şöbələrindən, respublikanın MKS-dən, Bakı şəhərindəki Xətai və Nizami rayonlarının ərazisində yerləşən MKS-dən və bir sıra şəhər kitabxanalarından müraciət edən işçilərin yazılı və şifahi sorğularını yerinə yetirir və metodik köməklik göstərir;
  • Ezamiyyətlər təşkil edib, yerlərdə kitabxana işçilərinə əyani təcrübi köməklik göstərir;
  • Metodik vəsaitlər və tövsiyələr  hazırlayaraq, nəşr olunmuş vəsaitləri yerələrə çatdırır;
  • Yerlərdə rayonlararası zona-seminar müşavirələri keçirir və onların nəticələrini ümumiləşdirir;
  • Qabaqcıl kitabxanaların iş təcrübəsini öyrənib, digər kitabxanaların işinə tətbiq edir;
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyalarında müzakirə olunmaq üçün material hazırlanmasına köməklik göstərir.

 


<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved