Nəşriyyat şöbəsi

Şöbə müdiri: Cəfərova Mehriban Nizami qızı

Tel.: (994 12) 498 71 62
E-mail:  nesriyyat@anl.az

Şöbə haqqında ümumi məlumat

Kitabxana fəaliyyətə başlayandan bəri ixtisasa aid metodik vəsaitlərin, kitabçaların və tarixi günlərə dair müxtəlif məzmunlu materialların, seminar müşavirələri üçün sənədlərin, biblioqrafik göstəricilərin və s. nəşri ilə məşğul olmuşdur. Həmin işləri ayrı-ayrı şöbələr müstəqil olaraq, fərdi qaydada həyata keçirirdilər. Bu pərakəndəliyin qarşısını almaq üçün, yeni bir struktur bölmə yaratmağa ehtiyac duyulmuş və 1980-ci ildə kitabxananın Elmi-tədqiqat şöbəsinin nəzdində nəşriyyat bölməsi yaradılmışdır. 1981-ci ildən Nəşriyyat bölməsi, sərbəst fəaliyyət göstərən şöbəyə çevrilmişdir. Şöbə hal-hazırda Nəşriyyat işləri adı ilə fəaliyyət göstərir

Vəzifələri

  • Nəşr olunmaq üçün təqdim edilən bütün vəsaitləri qəbul edilmiş qayda əsasında Dövlət standartına uyğun olaraq nəşrə hazırlamaq

Fəaliyyət istiqamətləri

  • Milli Kitabxananın Diyarşünaslıq elmi biblioqrafiya, Kitabxanaşünaslıq elmi tədqiqat, Kitabxanaların metodik təminatı, Analitik elektron məlumat bazasının təşkili, Çap məhsullarının qeydiyyatı və milli biblioqrafiya şöbələrinin iş planlarına əsasən nəşriyyat fəaliyyətini təşkil edir.

  • Kitabxananın və respublikanın digər kitabxanalarının nəşr olunmaq üçün təqdim etdikləri bütün vəsaitlərin redaktəsi və korrektəsi işini həyata keçirir.

  • Kitabxanada keçirilən tədbirlər, konfranslar və təqdimat mərasimləri üçün lazım olan nəşriyyat məhsullarını, nəşr edilən vəsaitlərin üz qabıqlarının tərtibatını hazırlayır.

  • Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinin, Mədəni-maarif Texnikumunun tələbələrinə, diplomçulara və magistrlərə kitabxananın nəşr fəaliyyəti  haqqında olan vəsaitlərlə təmin edir

 
<< Geri

 
 
National Library of Azerbaijan All Rights Reserved