Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması
və informasiya texnologiyaları şöbəsi
Şöbə müdiri:
Cəfərov İlqar
Vidadi
oğlu Tel.: (994 12) 498 88 52, 598 48 69 E-mail:
ilgar.caferov@anl.az Şöbə haqqında ümumi məlumat
Kitabxana proseslərinin avtomatlaşdırılması ilə
əlaqədar olaraq 2006-cı ildə Milli Kitabxananınn nəzdində
Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdirilmasi və
informasiya texnologiyaları şöbəsi yarandı.
2005 - ci ildə Milli Kitabxanada avtomatlaşdırma işinin ən vacib
sahələrindən olan elektron kataloqunun tərtibi başlanmışdır.
Kitabxananın elektron kataloqu dünyanın bir çox Milli
Kitabxanaları tərəfindən geniş tətbiq olunan “VTLS – Virtua”
sistemi əsasında qurulmuşdur. Bu sistemdən istifadə olunması
qısa bir zamanda əlavə vaxt və vəsait sərf olunmadan Azərbaycan
Respublikasının bütün kitabxanalarının Toplu elektron
kataloqunun yaradılmasına imkan yaradacaqdır.
Elektron kitabxana resuslarının yaradılması “Qutenberq–Azərbaycan”
adlı lahiyə çərçivəsində həyata keçirilmiş, kadr hazırlığı
aparılmış və ədəbiyyatın elektron versiyasının hazırlanması üçün
texniki avadanlıq əldə edilmişdir. 2006- cı ilin fevralından
Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması və
informasiya texnologiyaları şöbəsinin nəzdində bölmə kimi
fəaliyyətə başlamışdır. Strukturu
Elektron kitabxana bölməsi
Mətnlərin redaktəsi bölməsi
Vəzifələri
Kitabxananın avtomatlaşdırılması və informasiya
kommunikasiya texnologiyalarını kitabxana işinə tətbiqi və
idarə edilməsi;
Yeni texnologiyaların kitabxana işinə tətbiqi;
Ədəbiyyatın elektron versiyasını yaratmaq;
Elektron kataloqun yaradılması prosseslərinə idarə və
nəzarət etmək.
Fəaliyyət istiqamətləri
Kitabxanada kompüter şəbəkəsinin yaradılması,
genişləndirilməsi və idarə edilməsi;
Kitabxanada olan kompüter avadanliğına nəzarət və idarə
etmək;
İnqilaba qədərki milli və ən çox istifadə olunan
ədəbiyyatı elektron daşıyıcılarına köçürmək;
Elektron kataloqunun yaradılması prosesinə nəzarət etmək
və lazımi məsləhətlər vermək.