 |
|
|
| |

Elektron
resurslarının
yaradılması
şöbəsi
Şöbə müdiri:
Əsədova Rəna Qurbanxan qızı
Tel.: (994 12) 498 88 52
E-mail:
renasadova@rambler.ru
Şöbə haqqında ümumi məlumat
M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının nəzdində
2005-ci ildən başlayaraq layihə çərçivəsində milli ədəbiyyatın
elektron kataloqunun yaradılması işinə başlanılmışdır. 2006 - cı
ilin fevral ayından isə Elektron resurslarının yaradılması
şöbəsi müstəqil struktur kimi fəaliyyət göstərir. Şöbə
kitabxanaya daxil olan Azərbaycan və rus dillərində olan
ədəbiyyatın maşınla oxuma formasında elektron kataloqunun
yaradılması işini həyata keçirir.
Vəzifələri
Şöbənin əsas vəzifəsi elektron kataloqu vasitəsilə kitabxanaya
daxil olan Azərbaycan və rus dillərində olan cari ədəbiyyatın
məlumat bazasına daxil edilməsidir.
Şöbə məlumatlar bazasına cari ədəbiyyatın aşağıdakı növlərini
daxil edir:
-
Monoqrafiyalar;
-
Monoqrafik seriyaları;
-
Dissertasiyaları;
-
Dissertasiyaların avtoreferatlarını;
-
Kartoqrafiya materiallarını;
-
Not-musiqi nəşrlərini;
-
Elektron resurslarını.
Fəaliyyətinin əsas istiqamətləri
Şöbə elektron kataloqda biblioqrafik yazıları VTLS sistemində
VİRTUA proqram təminatında, MARC 21 formatında təqdim edir.
Məlumatlar bazası yaradıldıqda ən yeni biblioqrafik nəşrlərdən
istifadə olunur ki, bu da təsvirin tam dolğun şəkildə
aparılmasına imkan verir. Biblioqrafik yazılar AACR 2 – yə
əsaslanan “Pravila sostavleniya biblioqrafiçeskoqo opisaniya” ya
(2-e izd., pererab. i dop. M., 2003) uyğun tərtib olunur.
Biblioqrafik yazılar əsas biblioqrafik məlumatları: adlar
başlığını, təşkilatların adlarını və unifikasiya sərlövhələrini,
nəşr haqqında məlumatları, buraxılış məlumatlarını, fiziki
xüsusiyyətləri, həmçinin elmi kitabxanalar üçün KBT cədvəlinin
tam nəşrinin təsnifat indekslərini və Azərbaycan Milli
Kitabxanasının (AMK) predmet rubrikalarını, İSBN – i, qiymətini,
tirajını və bundan əlavə nüsxələrin sayı və həmin nüsxələrin
yerləşdiyi yer haqqında kodlaşdırılmış məlumatları ehtiva
edərək, elektron kataloq vasitəsilə oxucu sorğusuna tam və
dolğun şəkildə cavab verir.
<< Geri
|
|
| |
|