Elektron informasiya xidməti və kitabxanalararası abonement şöbəsi

Şöbənin müdiri: Mirəhmədova Şahnaz Dərdail qızı
Tel.: (994 12) 598 48 69
E-mail: mirahmedova@yahoo.com



Şöbə haqqında ümumi məlumat

Kitabxanamızda 2000-ci ildə Avrasiya fondunun maliyyə dəstəyi ilə İNTERNET zal fəaliyyətə başlamışdır. Layihə çərçivəsində fəaliyyət göstərən zal 2006-cı ilin fevral ayından müstəqil Elektron informasiya xidməti şöbəsi kimi öz işini davam etdirir.

2008-ci ilin mart ayından oxuculara xidməti yaxşılaşdırmaq məqsədi ilə “Məsafədən sifariş” (Virtual) bölməsinin fəaliyyətini təşkil etmişik.

Kitabxananın saytına www.anl.az daxil olmaqla bölmə haqqında məlumat almaq olar.

2010-ci ilin mart ayından kitabxanada olmayan ədəbiyyatı Rusiya Dövlət kitabxanasından əldə etmək olar.  Bu sifarişlər KAA (kitabxanalararsaı abonement) bölməsi vasitəsilə həyata keçirilir.

Kitabxanalararası abonement bölməsindən kitabxananın işçiləri, oxucuları, Bakı, Sumqayıt, Abşeron rayon MKS-i  və digər kitabxanalar istifadə edə bilər.

 

Vəzifələri

  • Oxuculara məsafədən sifarişi (Virtual) qısa zamanda yerinə yetirmək;

  • Rusiya Dövlət kitabxanası ilə əlaqələri daha da genişləndirmək (kitab, dissertasiya sahəsində).

 

Fəaliyyət istiqamətləri

 

·        KAA (kitabxanalararası abonement) bölməsinə Sumqayıt şəhər və Abşeron MKS-nin kitabxanalarını cəlb etmək və kitablarla təmin etmək;

·        Oxucuları informasiya ilə təmin etmək üçün yeni xidmət növlərinin araşdırılması və istifadəçilər üçün məlumatın əldə edilməsinin təkmilləşdirilməsi.

 


<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved