Kitabxana işçilərinin təlim və tədrisi mərkəzi

Şöbə müdiri: Hüseynova Nazlı Kazım qızı
Tel.: (994 12) 598 48 69
E-mail nazli12@yahoo.com

Ümumi məlumat

M.F.Axundov adına Milli Kitabxana 2000-ci ilin iyun ayında ABŞ səfirliyi nəzdindəki kitabxanaçıların Təhsil və informasiya mərkəzi ilə birlikdə kitabxana işçilərinin təlimi və tədrisinə dair bir neçə kurs-seminarlar keçirmişdir:

  • Müasir kitabxanalar və onların vəzifələri;

  • MARK avtomatlaşdırma;

  • İngilis dili kursları.

2001-ci ildən isə ACİYF (Soros) –un maliyyə dəstəyi ilə texniki avadanlıqla təchiz olunmuş Tədris Mərkəzi yaradılmış, 2006-cı ildən isə müstəqil şöbə kimi fəaliyyətə başlamışdır.

Vəzifələri

  • Ölkə kitabxanaçıları üçün ixtisasartırma və yenidən hazırlıq kurslarını təşkil etmək.

Fəaliyyət istiqamətləri

  • Milli Kitabxananın trener-kitabxanaçıları tərəfindən ölkə kitabxanaçıları üçün kitabxanaçılığın müasir problemlərinə dair müxtəlif proqramlar tərtib edib, kurslar təşkil edir;

  • Beynəlxalq ekspertlərin iştirakı ilə seminar və treninqlər keçirir;

  • Reqion kitabxanaçılarının Milli Kitabxanada stajorluğunu təşkil edir.

 

<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved