|

Elektron Dissertasiya
Fondunun Təşkili və Ondan İstifadə Şöbəsi
Şöbə müdiri:
Hüseynova Gülər Elçin qızı
E-mail:
elektron_dissertasiya@hotmail.com
Şöbə haqqında ümumi məlumat
2009-cu ilin yanvar ayından “Elektron Dissertasiya Fondunun
Təşkili və Ondan İstifadə” şöbəsi müstəqil struktur kimi
fəaliyyət göstərir.Şöbədə1994-ci ildən bu günə kimi Azərbaycanda
müdafiə edilmiş dissertasiyalar mühafizə olunur. Hal-hazırda
şöbədə 5990 disertasiya vardır və bunlarında 3245-i rus dilində,
2745-i isə Azərbaycan dilində olan dissertasiyalardı. Şöbədə
həmçini internet vasitəsilə Rusiya Dövlət Milli Kitabxanasının
Elektron Dissertasiyalarının virtual oxu zalına birbaşa giriş
mümkündür. Hal-hazırda oxuculra həmçinin virtual xidmət
göstərilməsi üçün şöbənin fondunda olan dissertasiyaların
elektron versiyasıda hazırlanmaqdadır.
Vəzifələri
-
Azərbaycanda müdafiə edilən dissertasiyaları mühafizə etmək
və oxuculara xidmət göstərmək;
-
Oxuculara yerli dissertasiyalarla yanaşı eyni zamanda Rusiya
Dövlət Milli kitabxanasının dissertasiya və
aftoreferatlarının tam mətnli elektron bazasından virtual
xidmət göstərmək;
-
Milli Kitabxana fondunda saxlanılan Dissertasiya və
aftoreferatların Elektron bazasının yaradılması prosesini
həyata keçirmək;
-
Yaradılan Dissertasiya və aftoreferatların Elektron bazası
vasitəsi ilə oxuculara xidmət göstərmək;
Fəaliyyətinin əsas istiqamətləri
1.Azərbaycanda müdafiə edilən dissertasiyaların mühafizəsi,
elektron daşıyıcılara köçürülməsi və oxuculara çatdırılması;
2.Rusiya Dövlət kitabxanasının dissertasiya və
aftoreferatlarının tam mətnli elektron bazasını oxucuların
xidmətinə vermək;
3.İstifadəçilər üçün məlumatın əldə edilməsinin
təkmilləşdirilməsi;
4.Dünya kitabxanalarının qabaqcıl iş təcrübələrini öyrənib
tətbiq etmək.
<<
Geri |