Kitabxanaların metodik təminatı şöbəsi

Şöbə müdiri: Abdullayeva Adilə Tarıyel qızı

E-mail: metodik@anl.az

 

Şöbə haqqında ümumi məlumat

 

XX əsrin 20-ci illərinin sonundan başlayaraq Milli Kitabxananın metodik fəaliyyəti tədricən yaranmağa başlamışdır. Bu işin ilk komponentləri 1929-cu ildə SSRİ-də, o cümlədən Azərbaycanda kitab§ana yürüşünün başlanması ilə əlaqədar idi. Kitab§ana hələ 1929-cu ilin oktyabr ayında rayon kitab§analarına metodik köməklik göstərmək məqsədilə geniş iş proqramı hazırlayıb həyata keçirməyə başlamışdı. Metodik fəaliyyətin tədricən formalaşması və bu işin təşkilati ba§ımdan əsası isə 1936-cı ildə kitab§ananın nəzdində Kitab§anaşünaslıq kabinəsinin yaranması ilə qoyulmuşdu. Beləliklə, kitab§anaların metodik təminat sistemi təkmilləşmiş, respublikanın şəhər, rayon və kənd kitab§analarına gedişlər artmış, yerlərdə həyata keçirilən tədbirlər təkmilləşmiş, tərtib edilən metodik tövsiyələrin, məktubların sayı artmışdı. Lakin 1939-cu ildə Kitabxanaşünaslıq kabineti respublikanın Xalq Maarif Komissarlığına verilmiş, 1948-ci ildə M.F.Axundov adına Milli Kitabxanada yenidən kitabxanaşünaslıq və tövsiyə biblioqrafiyası kabineti yaradılmış və şöbənin əsasnaməsi təsdiq edilmişdir. Bu müstəqil metodik şöbənin yaranması üçün mühüm rol oynadı və 1960-cı ildə Elmi metodik kitabxanaşünaslıq şöbəsinin əsası qoyuldu. Həmin vaxtdan şöbə müxtəlif istiqamətlərdə öz funksiyasını yerinə yetirmişdir.

2011-ci ilin mart ayından etibarən şöbə Kitabxanaların metodik təminatı adı ilə fəaliyyət göstərir.

 

Vəzifələri

  • Kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, elektron kitabxanaların yaradılması, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsi məqsədilə respublikada idarə tabeçiliyindən və növündən asılı olmayaraq bütün kitabxanalara metodik mərkəz kimi tövsiyələr vermək;

  • Rayon və şəhər kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxanaların və elektron kataloqun yaradılması və onlardan istifadənin təşkili, MKS-lərin saytının yaradılması barədə tövsiyələrin verilməsi və xidmət prosesində İnternetin axtarış sistemlərindən istifadəyə metodik köməklik göstərmək, qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılmasını təmin etmək;

  • Milli Kitabxananın oxuculara təqdim etdiyi yeni xidmət üsullarının yerlərdə təbliği və onlardan iş prosesində istifadənin təşkilini həyata keçirəcək kadrların hazırlanması məqsədilə treninqlər təşkil etmək;

  • Yeni texniki vasitələrin kitabxana işinə tətbiqi ilə əlaqədar kitabxana işinin aktual problemlərinə, bu və ya digər məsələlərinə dair metodik vəsaitləri, tövsiyələri hazırlayıb nəşr etmək

Fəaliyyətinin əsas istiqamətləri

  • Milli Kitabxananın müvafiq şöbələrindən, respublikanın MKS-lərindən, Bakı şəhəri ərazisində yerləşən MKS-lərdən və bir sıra şəhər kitabxanalarından müraciət edən işçilərin yazılı (metodik@anl.az ) və şifahi sorğularını yerinə yetirir və metodik köməklik göstərir;

  • Ezamiyyələr təşkil edib, yerlərdə kitabxana işçilərinə əyani təcrübi köməklik göstərir;

  • Metodik vəsaitlər və tövsiyələr hazırlayaraq, nəşr olunmuş vəsaitləri yerlərə çatdırır;

  • Yerlərdə rayonlararası zona-seminar müşavirələri keçirir;

  • Qabaqcıl kitabxanaların iş təcrübəsini öyrənib, digər kitabxanaların işinə tətbiq edilməsinə metodik köməklik göstərir .

 

 

<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved