Avtomatlaşdrma və informasiya texnologiyaları şöbəsi

 

Şöbə müdiri: 

E-mail:

  

Şöbə haqqında ümumi məlumat

 

Avtomatlaşdırma və informasiya texnologiyaları şöbəsi 2011-ci ilin yanvar ayından fəaliyyət göstərir. Şöbə kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını, kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir.

 

Şöbənin strukturu

Şöbədə bir bölmə fəaliyyət göstərir:

  • Avtomatlaşdırmanın təşkilinə dəstək bölməsi.

 Şöbənin əsas vəzifələri

  • Kitabxananın elektron informasiya təminatının həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak etmək;

  • Vətəndaşlar tərəfindən kitabxananın internet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən, optimal şərait yaradılmasını təmin etmək;

  • Fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

  • Kitabxananın vahid kompyuter şəbəkəsinin yaradılması, fəaliyyətinin tənzimlənməsi və onun fasiləsiz işini təşkil etmək;

  • Kitabxananın informasiya resursları, şəbəkələri ilə təminatını, informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üçün kompyuter proqramlarının tətbiqini təşkil etmək;

  • Kitabxananın keyfiyyətli və fasiləsiz internet bağlantısını təmin etmək;

  • Kitabxananın kompyuter və şəbəkə avadanlıqlarının işləməsini və idarə edilməsini təmin etmək;

  • Kitabxananın rəhbərliyi tərəfindən yaradılmış mobil qruplarda iştirak etmək;

  • Milli Kitabxananın saytının (www.anl.az) və elektron kataloqun oxucular tərəfindən açılıb oxunmasını təmin etmək;

  • Şöbənin iş planı, fəaliyyəti ilə bağlı kitabxananın rəhbərliyinə məlumat vermək;

  • Şöbənin işçiləri tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət sirrinin qorunmasını təmin etmək;

  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

  

Şöbənin əsas fəaliyyət istiqamətləri

  • Kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını təmin edir;

  • Kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir;

  • Müvafiq sahənin inkişafını təmin edir.

 

 

<< Geri

 
 
National Library of Azerbaijan © All Rights Reserved