|
Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə
genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini
yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə
yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı
ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan
evindən-obasından didərgin düşmüşdur.
Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz
dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” dövlətini
yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə
etmişdilər.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının
zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin (
1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il)
və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının
tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib
çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın
idarəçiliyinə keçmişdir.
1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl
və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər.
Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş
verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar
gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci
illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin
sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir.
Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq
246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci
illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə
bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə
müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar
Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist
siyasətini həyata keçirməsindən, "Türksüz Ermənistan" planının
reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər
verir.
1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış
vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və
oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında
nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə
şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı
quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən
cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel
aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər
tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz
iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı
məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda
atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər,
xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların
soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur,
Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir.
Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış,
milli mədəniyyət abidələri məhv edilmişdir.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda
ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə
insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın
azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7
min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122,
Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında
211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və
cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. lrəvan
azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi")
qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu
tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış,
1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da
qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin
xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə
biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib
müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik.
Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfıqlərin
köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 mın nəfər əhali ilə (795 min
erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis
kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir
şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın
tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan,
Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər.
1948-1953-cü illər Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri
metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən
çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz
ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən
konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə
köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri
Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki
olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə
Ermənistandan deportasiya olunmasının əsasını qoyur.
1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan
əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci
ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən
bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri
azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan
ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular,
fıziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir.
Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür,
onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər
öldürülür. Ermənistanın digər rayonlarından - Yerevan, Masis, Kalinino,
Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250
min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi
yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq,
dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda
axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur -
İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların
Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır
şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral
1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi
Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq
monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası
reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi
nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan
didərgin düşdü.
Tarixən Azərbaycan
xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz
vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını
yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən ölüm doğan
o gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalı şəhid
oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275
nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün
də məlum deyil.
Bu faktlardan göründüyü kimi, ermənilər öz
şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl
qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet
hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla
azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını
eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini
böyütməkdə davam ediblər.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının
zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət
vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət
vermək borcunu tarixin hökmü kimi qəbul edir.
31 Mart faciəsi tarixə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə
düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə
ortaya töküldüyü gündə baş verib.
Bu qanlı faciənin gözə çarpan obyektiv mənzərəsi sadəcə kökündən
yıxılmaq istəyən böyük bir imreratorluğun çökməsindən ibarətdir.
Hər şeydən əvvəl, hamımızın birinci vəzəfəsi millətimizin üzərindən bu
qanlı ləkəni silmək, onları tarix önündə təsvir etmək və bu qanlı ləkəni
bir daha təkrar etməmək, onların murdar və maskalı üzlərinə çırpmaqdır.
Milli intibah müsəlman Türk düşmənlərinin məzarı və ölümü olacaqdır.
26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan
Respublikası prezidenti H.Əliyevin “31 Mart Azərbaycanlıların soyqırımı
Günü” kimi qeyd olunması üçün xüsusi fərmanı olmuşdur.
28 mart 2006-cı ildə Azərbaycan Respublikası prezidenti İ.Əliyevin “31
Mart Azərbaycanlıların soyqırımı Günü” münasibətilə Azərbaycan xalqına
müraciəti olmuşdur.
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla
yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyir, xalqımıza
səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayırıq. |