M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası  

2009-cu ildə

                 

2009-cu ildə Bakı şəhərinin islam mədəniyyətinin paytaxtı elan edilməsi ötən ili xüsusilə yaddaqalan etmiş, mədəniyyət tariximizin şərəfli səhifəsinə çevirmişdir. “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində Milli Kitabxanada aprel ayının 20-21-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin  Milli Kitabxanalarının direktorları Şurasının II Konfransı keçirilmişdır. Konfransda Azərbaycan, Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan ölkələrinin Milli Kitabxana direktorları və İƏT Mədəniyyət İnstitutunun nümayəndələri iştirak etmişdir.

 Tədbir çərçivəsində Milli Kitabxananın sərgi zalında “İslam mədəniyyəti kitab səhifələrində” adlı geniş beynəlxalq kitab sərgisinin açılışı mərasimi də olmuşdur. 9 ölkənin Milli Kitabxanalarının fondlarından 600-ədək kitab nümayiş olunmuşdur və sərginin sonunda həmin kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuşdur.

13-15 iyul 2009-cu il tarixində “Asiyada İslam Tibbi əlyazmalarının vəziyyəti” adlı İSESKO-nun regional seminarı keçirilmişdir. Seminarda İSESKO-dan, Azərbaycan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Liviya Ərəb Cəmahiriyyəsi, Bəhreyn, Suriya, İran ölkəsindən nümayəndələr, AMEA-nın Əlyazmalar İnstitutunun və respublikanın əlyazmalar üzrə digər aparıcı təşkilatlarının mütəxəssisləri iştirak edirdilər.

Tədbir çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” mövzusunda geniş sərgi də nümayiş olundu.

10-12 sentyabr 2009 -cu il tarixində Azərbaycanın mədəniyyət, kitab və kitabxana işi tarixində ilk dəfə keçirilən I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında 20-dən çox xarici ölkənin nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrləri, Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap olunmuş kitablar, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondundan da kitablar nümayiş olunurdu. 

Sentyabr ayının 12-də Milli Kitabxanada I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edən 10 xarici ölkə milli kitabxanalarının direktorlarının gətirdikləri kitabların Milli Kitabxanaya təqdimetmə mərasimi keçirildi. Tədbirdə Qazaxıstan, Belarus, Tacikistan, Estoniya, Latviya, Pakistan, Qırğızıstan, Türkiyə, Tatarıstan və Slovakiya Milli Kitabxana direktorları və digər qonaqlar iştirak edirdi.

                Cari ildə kitabxananın strukturu təkmilləşdirilmiş, Mədəniyyət və incəsənət  üzrə elmi informasiya şöbəsi ləğv olunaraq, onun əsasında Analitik elektron məlumat  bazasinin təşkili şöbəsi və Kitab fondlarının mühafizəsi şöbəsində Avtoreferat və dissertasiya fondu bölməsi ləğv olunaraq əvəzində  yeni bir şöbə Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi yaradılmışdır.

Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsi respublikamızda 1993 - cü ildən müdafiə olunmuş  dissertasiyaların  tammətnli elekron bazasının yaradılması prosesini  həyata keçir. Hazırda bazamızda 2000-dən artıq elektron resurs vardır ki, bunlardan  969-u  dissertasiyalardır.

Milli Kitabxanada Rusiya Dövlət Kitabxanasının Elektron Dissertasiya fondunun Virtual oxu zalı yaradılmışdır və il ərzində Rusiya Dövlət  Kitabxanasının dissertasiya və avtoreferatlarının tammətnli elektron bazasından  447 oxucuya virtual xidmət göstərilmişdir.

  Analitik elektron məlumat  bazasinin təşkili şöbəsi «Mədəniyyət, incəsənət və turizm haqqında yeni ədəbiyyat» adlı cari biblioqrafik informasiya göstəricisini  hazırlamaq işini davam etdirir.  Vəsaitdə 2009-cu ildə kitabxanaya daxil olan çap məhsullarından Azərbaycan dilində 19 adda kitab, 6 adda jurnal və 52 adda qəzetdən, rus dilində isə 1 adda kitab, 13 adda qəzetdən mövzuya uyğun seçilən materiallar öz əksini tapıb.

Bu gün Milli Kitabxananın  fondunda  4,5 milyon nüsxə ədəbiyyat saxlanılır. 2009-cu ildə kitabxanaya 20 min nüsxədən artıq yeni ədəbiyyat daxil olmuşdur.

                İl ərzində kitabxananın daimi oxucularının sayı 38 666  nəfər, virtual oxucuların- elektron kataloqdan və elektron kitabxanadan istifadə edən oxucuların (saytdan istifadə edənlər istisna olmaqla)  sayı 118 452  nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlərin sayı  329  nəfər, Rusiya Dövlət Kitabxanasının virtual oxu zalından istifadə edənlərin sayı 447 nəfər olmuşdur.  Orta  illik davamiyyət 209 522  nəfər olmuş, kitab verilişi isə 746 648   nüsxəyə çatdırılmışdır.

Azərbaycan ədəbiyyatının arxivi şöbəsinin nəzdində fəaliyyət göstərən Mikrofilm bölməsində bu il  50 nüsxə kitab, 1923-1927-ci illəri əhatə edən “Mədəni maarif”  jurnalı mikrofilmləşdirilib. 49 ədəd mikrofilm elektron kitabxanaya köçürülmüşdür.

Elektron resursların yaradılması şöbəsi tərəfindən 2009-cu ildə 32 986 adda Azərbaycan və  rus dilində olan cari ədəbiyyatın biblioqrafik yazısı yaradılaraq elektron kataloqun məlumat bazasına daxil edilib. Ümumiyyətlə bu günə kimi 94 757 biblioqrafik yazı, 267 142  nüsxə ədəbiyyat elektron kataloqa daxil edilmişdir.

                 Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya texnologiyaları şöbəsi cari ildə 244  kitabın tam mətnini,  8  dövri mətbuat  nömrəsini elektron kitabxanaya yerləşdirib.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq  Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”  12 yanvar 2004-cü il tarixli Sərancamı ilə nəşr olunan kitabların əksəriyyətinin elektron versiyasını  hazırlanıb oxucuların istifadəsinə təqdim edilib.

Kitabxananın saytında “Prezident İlham Əliyev və mədəniyyət” adlı 2 cildlik kitaba (I cild II cild), Azərbaycanın birinci  xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında (rus dilində) “Êóëüòóðà è êóëüòóðíûå øåäåâðû Àçåðáàéäæàíà – óíèêàëüíîå ïîñëàíèå áóäóùèì ïîêîëåíèÿì” adlı kitaba, “Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazasına, “Azərbaycan kitabı” adlı 3 cildlik biblioqrafik kitabın I cild II cildinin elektron versiyalarına   birbaşa keçid düymələri yerləşdirilib.

                Ölkədaxili kitab mübadiləsi şöbəsinə cari  ildə 37 989   nüsxə kitab daxil olub ki, bunlardan  15 674  nüsxə  Mədəniyyət və Turizm Nazirliyinin xəttilə, 6600 nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap olunan, 1894 nüsxə müəllif hədiyyələri, 8470 nüsxə büdcə hesabına, 5351 nüsxə isə ayrı-ayrı təşkilatlardan daxil olan kitablardır. İl ərzində isə  28 348  nüsxə kitab Azərbaycanın şəhər və rayonlarının kitabxanalarına və dünya kitabxanalarına  paylanıb.

                Mədəni-kütləvi işlər şöbəsi 2009-cu ildə respublikanın həyatında baş verən tarixi və əlamətdar günlərlə, yubileylərlə, bayramlarla  bağlı 83 kitab sərgiləri, yeni kitabların təqdimatları, anım günləri və yubiley təntənələri keçirmişdir. Keçirilən kütləvi tədbirlər, sərgilər, mühazirələr, kitab təqdimatları, yazıçı və elm adamları ilə görüşlər oxuculara xidmət işində, ədəbiyyatın təbliğində mühüm rol oynayır. 

2009-cu ildə Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab Palatası) tərəfindən «Birillik Azərbaycan Kitabiyyatı»nın respublikamızda dərc olunmuş kitabları əhatə edən buraxılışları 1992, 2002, 2006, 2007-ci illəri əhatə edən buraxılışları, “Yeni kitablar” göstəricisinin 2008-ci il III və IV rüblərini, 2009-cu ilin isə I, II, III rüblərinə dair buraxılışları nəşr olunmuşdur.

2009-ci ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti də səmərəli olmuş, 26 adda, 16 buraxılışda: biblioqrafiya, biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik tövsiyyələr nəşr edilmişdir. Çap olunan bütün vəsaitlər respublikanın MKS-nə və Bakı şəhər kitabxanalarına vaxtında və operativ surətdə çatdırılmışdır. Bunların arasında “Üzeyir Hacıbəyli: Biblioqrafiya”, “Fikrət Əmirov: Biblioqrafiya”, “Səttar Bəhlulzadə: Biblioqrafiya”,  “Şəhidlər: Biblioqrafiya”, “Teyyub Qurban: Biblioqrafiya” və s. fundamental biblioqrafiya vəsaitlərini “Əlamətdar və tarixi günlər təqvimi: 2010” və digər metodik materialları xüsusilə qeyd etmək lazımdır.

        Not nəşrləri və səsyazmaları şöbəsində fonoteka fondunun qrammafon vallarının CD-disklərə köçürülməsi işinə başlanmışdır. Belə ki, cari ildə 401 ədəd qrammafon valı  500-dən çox CD-yə köçürülmüşdür ki, bu işdə milli musiqimizə daha çox yer verilmişdir.

Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi öz işini yeni informasiya texnologiyaları əsasında qurmuş, istifadəçiləri elektron kataloqda əks olunmuş diyarşünaslıq xarakterli məqalələrin təsviri ilə təmin etmişdir. Cari ildə  şöbə 1990-2007-ci illərin diyarşünaslıq materiallarını Virtua sistemi ilə kitabxananın elektron kataloquna köçürmə işi ilə məşğul olmuşdur. Bu müddət ərzində iqtisadiyyat, Azərbaycan tarixi və elm bölmələrindən materiallar seçilmiş, elektron kataloqa 500-ə yaxın  diyarşünaslıq materialı daxil edilmişdir.

Cari ildə Kitabxanaşünaslıq-elmi tədqiqat şöbəsi tərəfindən “Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında” adlı sorgu-məlumat kitabının III cildi hazırlanmışdır.  III cilddə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə tabe olan musiqi və incəsənət məktəblərinin kitabxanaları barədə məlumatlar və statistik göstəricilər verilmişdir.

        M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri də genişlənmişdir.  Suriya Ərəb Respublikasının Əl-Əsəd  kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır və beləliklə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmış xarici ölkə milli kitabxanalarının sayı 16-ya çatmışdır.

 Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi  şöbəsinə xarici ölkələrin milli kitabxanalarından beynəlxalq kitab mübadiləsi yolu ilə 986  nüsxə ədəbiyyat daxil olmuşdur. Eyni zamanda beynəlxalq kitab mübadiləsi xətti ilə xarici ölkələrin Milli kitabxanalarına onların sorğuları əsasında 723  nüsxə, ölkədaxili kitab mübadiləsi şöbəsinin xətti ilə isə 4077 kitab göndərilmişdir. İl ərzində cəmi 4800  kitab xarici ölkə kitabxanalarına göndərilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən Milli Kitabxana cari ilin noyabr ayında Gürcüstanda azərbaycanlılar yaşayan rayon, kənd kitabxanalarına, tədris müəssisələrinə hədiyyə olaraq 3488 nüsxə azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitab aparmişdir. Bu kitabların 2370 nüsxəsi  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə latın qrafikasında  nəşr edilən kitablardan, Azərbaycan və dünya klassiklərinin əsərlərindən, 1118 nüsxsəsi isə  Milli Kitabxananın Ehtiyat mübadilə fondunda olan kitablardan ibarət olmuşdur.

 

   

 Arxiv

 

2008

2007

2006

 

 
National Library of Azerbaijan © All Rights Reserved