|
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanası 2012-ci
ildə
M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanası Azərbaycanda
kitabxana işi sahəsində dövlət siyasətini həyata
keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan
dilində nəşr olunmuş çap məhsullarını və Azərbaycan
müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o
cümlədən xarici dillərdə çap olunmuş məlumat
daşıyıcılarını toplayıb mühafizə edən milli xəzinə və
dövlət kitabsaxlayıcısıdır.
2012-ci
ildə Milli Kitabxananın fəaliyyətinin əsas istiqamətini
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması, avtomatlaşdırılmış idarəetmə
sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin
müasir tələblərə uyğun qurulmasını təmin etmək,
oxuculara və istifadəçilərə virtual rejimdə xidmət
göstərmək üçün elektron kitabxananın və elektron
kataloqun məlumat bazasının genişləndirilməsi təşkil
etmişdir.
Milli
Kitabxananın fondunda 4 552 266 nüsxə ədəbiyyat
saxlanılır. Bunlardan 2 376 049 nüsxə kitab və
kitabçalar, 2 176 217 nüsxəsi isə digər sənədlərdir.
2012-ci
ildə kitabxanaya 20 045 nüsxə yeni ədəbiyyat
daxil olmuşdur. Bunun 13 521 nüsxəsi kitab, 6524 nüsxəsi
isə digər sənədlərdir.
İl ərzində
kitabxananın daimi oxucularının sayı 36 360 nəfər
olmuşdur. Virtual oxucuların (saytdan istifadə edənlər)
sayı 449 000 nəfər, virtual sifarişin
xidmətlərindən istifadə edənlər 1257 nəfər,
Rusiya Dövlət Kitabxanasının Dissertasiyaların virtual
oxu zalından və Azərbaycanda müdafiə olunmuş
dissertasiyaların elektron məlumat bazasından istifadə
edənlər 625 nəfərdir. İl ərzində 163 383
nəfər oxucuya, 771 023 nüsxə ədəbiyyatla
xidmət edilmişdir.
Oxuculara
xidmətin yüksək səviyyədə olması işin təşkilindən,
kitabxanaçıların peşəkarlığından çox asılıdır. 2012-ci
ildə Oxuculara xidmət şöbəsində oxucuların lokal
şəbəkədə mütaliəsi üçün müasir tələblərə cavab verən
yeni “Lokal şəbəkədən istifadə üzrə oxu zalı”
açılmışdır.
Cari ildə
kitabxanada kitab, qəzet və jurnalların
rəqəmsallaşdırılması və oxuculara elektron informasiya
xidmətinin göstərilməsi işi davam etdirilmişdir.
Elektron resurslardan istifadənin təşkili bölməsi cari
ildə oxucu sorğusu əsasında 321 nüsxə ədəbiyyatın (148
adda kitab, 81 adda jurnal Azərbaycan ədəbiyyatının
arxivi şöbəsinin fondundan, 4 adda kitab Nadir nəşrlər
bölməsinin fonddan, 75 adda kitab əsas fonddan, 6 adda
kitab Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi
şöbəsinin fondundan və 7 adda kitab isə Not nəşrləri və
səsyazmaları şöbəsinin fondundan) elektron versiyası
hazırlanaraq kitabxananın lokal şəbəkəsində
yerləşdirilərək oxucuların istifadəsinə verilmişdir.
18 342 oxucu üçün kitab, dissertasiya, jurnal və qəzet
materiallarının müəyyən hissəsinin surəti çəkilmişdir.
Milli
Kitabxana hazırda real fəaliyyət göstərən müxtəlif
funksional avtomatlaşdırılmış kitabxana sistemi VİRTUA
proqramına malikdir. Kitabxana VTLS proqramının bütün
modullarını almışdır. Administrator yarımsisteminin
köməkliyi ilə mütəxəssislərimiz avtomatlaşdırılmış
idarəetmə sisteminin yeni və son versiyasının quraşdırma
işlərini başa çatdırıblar.
VTLS/VİRTUA
sisteminin əsas üstün cəhətləri aşağıdakılardır:
1.
VTLS/VİRTUA
proqramı başqa sistemlərlə asan informasiya mübadiləsini
həyata
keçirməyə imkan yaradır;
2.
Bölgələrdə
elektron kataloq yaratmaq üçün əlavə sistem olmadan
İnternet
vasitəsilə
Milli Kitabxananın sisteminə qoşularaq öz elektron
kataloqunu yarada bilərlər.
Bu ilk növbədə kataloqlaşdırma ilə məşğul olan
kataloqçulara vaxta qənaət
etməyə imkan verir. Onlar sistem vasitəsilə Milli
Kitabxananın Elektron kataloquna daxil olaraq lazım olan
ədəbiyyatın hazır təsvirini alaraq, oraya sadəcə sənədin
olduğu yerin unvanını və mühafizə şifrəsini, kütləvi
kitabxanalar üçün Kitabxana Biblioqrafiya Təsnifatı (KBT)
indekslərini əlavə edərək özlərinin Elektron
kataloqlarını yaradırlar.
Bakının
Xətai rayon MKS-i, Quba və Balakən
rayonlarının MKS-ləri, İsmayıllı rayon Heydər Əliyev
Muzey Kitabxanası, Mərdəkan Mədəniyyət Sarayı
Kitabxanası, Azərbaycan Turizm İnstitutunun və Moskva
Dövlət Universitetinin Bakı filialı kitabxanası, M.Qorki
adına MSKF, M.Ə. Sabir adına Şəhər Kitabxana-klub, Milli
Aviasiya Akademiyasının kitabxanaları M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının elektron
kataloquna qoşularaq artıq öz elektron kataloqlarını
yaratmış və məlumat bazasına biblioqrafik yazıları daxil
etmişlər.
Elektron
kataloqun formalaşdırılmasına dəstək şöbəsi 2012- ci
ildə kitabxanaya daxil olan Azərbaycan və rus dillərində
olan 7964 adda yeni ədəbiyyatı məlumat bazasına daxil
etmişdir.
Analitik
elektron məlumat bazasının təşkili şöbəsində işlər
avtomatlaşdırılmış kitabxana proqramına uyğun olaraq
aparılır. Şöbə il ərzində respublikamıza dair və ümumi
xarakterli məqalələrin Azərbaycan və rus dilində 34 628
(26 478 Azərbaycan dilində, 8150 rus dilində)
analitik-biblioqrafik yazısını elektron katoloqun
analitik məlumat bazasına daxil etmişdir. 26 751 (20 249
Azərbaycan dilində, 6502 rus dilində) Azərbaycan və rus
dilində məqalələrin tam elektron mətni kitabxananın
saytına daxil edilmişdir.
Elektron
bazada yığılan materiallar əsasında mədəniyyət,
incəsənət və turizmə aid materiallar ayrıca toplanaraq
“Mədəniyyət, incəsənət və turizm haqqında yeni
ədəbiyyat” adı informasiya bülleteni şəklində ayda bir
dəfə 50 nüsxə tirajla nəşr edilir. Göstəricidə
materiallar kitabxana biblioqrafiya təsnifatına uyğun
olaraq yarımrubrikalara ayrılıb. Bu il göstəriciyə yeni
yarımrubrikalar – “M.F.Axundzadə ili”, “Eurovision-2012”
mahnı müsabiqəsi, “Mirzə Ələkbər Sabir-150”, “012 Bakı
Publik Art Festivalı”, “M.F.Axundzadə-200”, “IV Qəbələ
Beynəlxalq Musiqi Festivalı”, Şəkidə keçirilən “İpək
Yolu” III Beynəlxalq musiqi festivalı", “Müslüm
Maqomayev-70”, “İpək yolunun tamı: Kulinariya,
mədəniyyət və turizm” mövzusunda beynəlxalq konfrans,
“Mədəniyyətlərin dialoqu şəraitində türk dünyasında
fəlsəfi və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi
konfrans, “Müstəqil Həmkarlar İttifaqının XVII
Respublika Konfransı”, “Nizami Gəncəvi-870”, ”II Bakı
Beynəlxalq Humanitar Forumu”, “Bakı Beynəlxalq Caz
Festivalı”, “I Bakı Beynəlxalq İdman Filmləri
Festivalı”, “Azərbaycan-UNESCO əlaqələri – 20”, “II Bakı
Beynəlxalq Teatr Konfransı” və s. - əlavə edilib.
Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi öz işini yeni
informasiya texnologiyaları əsasında qurmuş,
istifadəçiləri elektron kataloqda əks olunmuş
diyarşünaslıq xarakterli məqalələrin təsviri ilə təmin
etmişdir. Cari ildə şöbə Azərbaycanşünaslıq toplu
kataloqundan 1990-2007-ci illəri əks etdirən retro
kartoçkaları Virtua sistemi ilə kitabxananın elektron
kataloquna köçürməsi işini davam etdirmişlər. Bu müddət
ərzində elektron kataloqa 1740 biblioqrafik yazı daxil
edilmişdir ki, 1140 yazı Azərbaycan, 600 biblioqrafik
yazı isə rus dilindədir.
Azərbaycan
ədəbiyyatının arxivi şöbəsində arxiv fondunu elektron
kataloqa köçürməsi işi davam etdirilmişdır. İl ərzində
4383 biblioqrafik yazı Virtuaya daxil edilmişdir ki,
bunun 1323-ü qədim ədəbiyyatı əhatə edir (1928-ci il
232-525-ə kimi, 1929,1930,1931/618-ə qədər).
İl ərzində
2149 kitabın, 43 adda 289 komplekt
jurnal elektron versiyası hazırlanıb, lokal şəbəkəyə
daxil edilmişdir.
Not nəşrləri və səsyazmaları şöbəsində fonoteka fondunun
qrammafon vallarının CD-yə köçürülməsi işi davam
etdirilmişdir. Belə ki, cari ildə 550 ədəd qrammafon
valı CD-lərə köçürülmüşdür ki, bu işdə milli musiqimizə
daha önəmli yer verilmişdir. 887 kitab
rəqəmsallaşdırılmışdır.
Elektron
resursların yaradılması şöbəsi Elektron Kitabxananın
bazasının zənginləşdirilməsi işini davam etdirmişdir.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”
Azərbaycan Respublikası Qanunu əsas tutularaq şöbədə
Milli Kitabxananın İnternet (http://www.anl.az)
və İntranet (http://web.anl.az/)
səhifələrində olan Elektron Kitabxanaların bazaları üçün
işlər davam etdirilmişdir.
Şöbədə
2012-ci ildə Milli Kitabxananın fondunda olan nəşrlər
rəqəmsal fotoaparatlar və qrafik proqramların köməyi ilə
işlənilib hazırlanan elektron resurslar saytlarımızın
Elektron Kitabxanalarında müvafiq bazalarda
yerləşdirilmişdir. İl ərzinə 5112 kitab, 21061 qəzet və
jurnal nömrələri ümumilikdə 26173 resurs
rəqəmsallaşdırılmışdır. “M.Ə.Sabir”, “M.F.Axundzadə”,
“Nizami Gəncəvi”, “Fikrət Əmirov”, “Həsən bəy Zərdabi”,
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi” adlı yeni
elektron məlumat bazaları yaradılıb, “Xocalı” və “31
Mart” məlumat bazalarına isə əlavələr edilib.
Elektron dissertasiya fondunun təşkili və ondan istifadə
şöbəsində 4965 tammətnli elektron resurs var. Bunlardan
1131 nüsxəsi aftoreferat, 3834 nüsxəsi isə
dissertasiyadır. İl ərzində 1272 dissertasiya
rəqəmsallaşdırılmışdır.
2012-ci ildə Çap məhsullarının qeydiyyatı və Milli
biblioqrafiya şöbəsi tərəfindən “Birillik Azərbaycan
Kitabiyyatı”nın respublikamızda dərc olunmuş kitabları
əhatə edən 1995-ci ilin buraxılışı çap olunmuş, 1994-cü
il buraxılışı çapa hazırlanmış , “Yeni kitablar”
göstəricisinin 2011-ci ilin IV buraxılışı, 2012-ci ilin
I,II,III buraxılışları çap olunmuş, IV buraxılış isə
çapa hazırlanmuşdır.
Azərbaycan milli biblioqrafiyasının tərkib hissəsi olan
“Azərbaycan kitabı” fundomental biblioqrafiyasının
1940-1960-cı illəri əhatə edən 3-cü cildi çapa hazırdır,
Milli Kitabxananın 90 illik yubileyi ərəfəsində çap
olunacaq.
2012-ci ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti
səmərəli olmuş,
51
adda, 8617
nüsxə, 498,85 çap vərəqi
biblioqrafiya, biblioqrafik məlumat kitabı, metodik
vəsait, metodik tövsiyyələr nəşr edilmişdir. Çap olunan
bütün vəsaitlər respublikanın MKS-nə və Bakı şəhər
kitabxanalarına vaxtında və operativ surətdə
çatdırılmışdır.
Elektron informasiya xidməti və kitabxanalararası
abonement şöbəsində il ərzində 3094 oxucu internet
xidmətlərindən istifadə edib, onların sorğuları əsasında
40 elektron arayış ödənilib.
Kitabxanalararası abonement yolu ilə 10 xarici dövlətdən
- Amerika, Braziliya, İtaliya, İran, İsrail, Polşa,
Pakistan, Türkiyə, Rusiya, Ukrayna – daxil olan
sorğulara cavab olaraq 14 kitab skaner olunaraq
göndərilmiş, bir kitab isə Ukrayna Milli Kitabxanasından
alınmışdır.
Ölkədaxili kitab mübadiləsi şöbəsinə cari ildə 18 368
nüsxə kitab daxil olub, 25 348 nüsxə kitab isə paylanıb.
Ölkədaxili kitab mübadiləsinin xətti ilə xarici ölkə
səfirliklərinə, beynəlxalq kitab sərgilərinə və s. 3157
nüsxə kitab göndərilmişdir.
Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi
şöbəsinin fondlarında ingilis, fransız və jurnal
fondlarında yoxlama aparılmış, inventar kitabı ilə
tutuşdurulmuşdur.
İl ərzində 568 bibloqrafik yazı Virtuaya daxil
edilmişdir.
Beynəlxalq kitab mübadiləsi ilə əlaqədar xarici ölkə
kitabxanalarına 328 məktub göndərilmiş, 185 cavab
alınmışdır.
Sorğular əsasında 1149 nüsxə ədəbiyyat dünya milli
kitabxanalarına göndərilmiş, 1151 nüsxə ədəbiyyat isə
kitabxanaya daxil olmuşdur.
Beləliklə,
cari ildə milli kitabxanalara, xarici ölkələrdə olan
səfirliklərə, beynəlxalq kitab sərgi-yarmarkalara və s.
ümumilikdə 4298 nüsxə ədəbiyyat göndərilmişdir, 1151
nüsxə ədəbiyyat isə
kitabxanaya daxil olmuşdur.
2012-ci ildə 83 022 biblioqrafik yazı elektron kataloqa
daxil edilmişdir. Ümumiyyətlə 490 912 nüsxə ədəbiyyat
üçün 287 256 adda biblioqrafik yazı elektron məlumat
bazasına daxil edilmişdir.
Kitabxanaşünaslıq elmi tədqiqat şöbəsi 2012-ci ildə
“Azərbaycan kitabxanaları XXI əsrin informasiya
məkanında” adlı çoxcildlinin növbəti VI cildinə aid olan
materialları toplamış və bir sıra dəyişikliklər
aparmışdır.
Cari ildə
Milli Kitabxananın oxucularının informasiya tələbatının
nə dərəcədə ödənildiyini öyrənmək məqsədilə TV və media
nümayəndələrinin iştirakı ilə may ayının 25-də “Oxucu
günü” keçirilmişdir. Saat 10 00-dan 17
00-dək oxuculara 254 ədəd anket paylanılmışdır.
Milli Kitabxananın sərgi zalında kitabxananın
müdiriyyəti və şöbə müdirləri ilə görüş keçirilmişdir.
Daha sonra konfrans zalında oxucular üçün treninq
keçirilmişdir.
Treninqdə
kitabxanamızın əməkdaşları “Kitabxana saytı, “Virtual
sifarış”, “Yeni kitablar ”, “Elektron kitabxanadan
istifadə”, “Elektron kataloqda axtarış”, “Bizdən soruşun”,
“Kitabxananın yeni xidmətləri və iş növləri” mövzüları
barədə məlumatlar vermişlər.
Kitabxanaşünaslıq elmi tədqiqat şöbəsi “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın
həyata keçirilməsinə dair Mədəniyyət və Turizm
Nazirliyinin tədbirlər planının 2.5.9. maddəsinə əsasən
2012-ci ildə respublikanın kitabxana mütəxəssisləri
haqqında məlumat bazasını yaratmaq üçün proqram
hazırlamağa başlamışdır.
Milli
Kitabxananın saytında fəaliyyət göstərən “Bizdən soruşun”
pəncərəsinə il ərzində 253 məktub gəlmişdir. Onlardan
251-i Azərbaycan, 2-si isə rus dilində göndərilmişdir.
Məktubların yalnız 10-u müvafiq olmadığından
cavablandırılmamışdır.
Cari ildə
“Elmi əsərlər”in bərpası və yenidən nəşr olunması
məqsədilə kitabxana əməkdaşlarının hazırladıqları
məqalələri toplanmış, yoxlanılmış, dizayn verilmiş,
redaktəyə təhvil verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin
böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə
yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə
Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin
təntənəli surətdə keçirilməsi məqsədi ilə imzaladığı
sərəncamına müvafiq olaraq Milli Kitabxana, Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə
Kürdəmir, İsmayıllı, Lənkəran və Şamaxı şəhərlərində
konfranslar Kitabxanaların metodik təminatı şöbəsi
tərəfindən keçirilmişdir.
2012-ci il may ayının 11-də Sumqayıt şəhərində ulu öndər
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr
edilmiş ümumşəhər kitab bayramında Milli Kitabxana
“Heydər Əliyev Fondunun nəşrləri” və “Mirzə Ələkbər
Sabir-150” adlı sərgilərlə təmsil olunmuşdu.
İl ərzində regionlara ezamiyyələr zamanı 16 rayon, 2
şəhər və 46 filial kitabxanası əhatə olunmuş və onlara
metodik köməklik göstərilmişdir.
Cari ildə
oxuculara xidmətin keyfiyyətini artırmaq üçün yeni
sistemin quraşdırılmasına başlanılmışdır. Bu məqsədlə
kitabxanaya yeni avadanlıqlar gətirilmiş və
quraşdırılaraq istifadəyə verilmişdir.
Milli
Kitabxanada oxucuların qeydiyyatının avtomatlaşdırılması
məqsədilə elekron kartların tətbiqinə başlanılmışdır.
Belə ki, bu sistemin qurulması nəticəsində qısa müddət
ərzində oxcunun qeydiyyatı aparılır, oxucu bileti çap
olunur.
Qeydiyyatdan keçən oxucuların kitabxanaya daxil olmasını
qeydiyyata almaq xüsusi turniket adlanan qapılar
quraşdırılmışdır.
Oxuculara
kitab verilişinin təkminləşdirilməsi məqsədilə
kitabxananın fondlarında yeni kompyuterlər və
avadanlıqlar quraşdırılmışdır. Bu kompyuterlər kitab
verilişi sisteminin daha da sürətlənməsi üçün lazımi
proqramlarla təmin olunmuşdur. Binanın müxtəlif
yerlərində informasiya monitorları quraşdırılmışdır. Bu
monitorlarda oxucunun kart vasitəsilə etdiyi sifariş
barədə məlumatlar öz əksini tapacaq.
Bununla
yanaşı Milli Kitabxanada olan kitab və digər
materialların icazəsiz kitabxanadan kənara
çıxarılmasının qarşısını almaq məqsədilə kitabların və
materialların RFID mikro çiplərin yapışdırılması üçün
avadanlıq və kitabxananın çıxışında siqnalizator qapılar
quraşdırılmışdır. Bütün bu sistem kitabxanada mövcud
olan VİRTUA sistemi ilə inteqrasiya olunmuşdur.
Milli
Kitabxanada olan ənənəvi kataloqların
retrokonversiyasına başlanılmışdır. Bu məqsədlə
kartoçkaların skan edilməsi üçün xüsusi skaner
alınmışdır. Hal hazırda retrokonversiya prosesi və skan
olunmuş kartoçkaların elektron bazaya yerləşdirilməsi
sürətlə davam etdirilir. Bu elektron kartoçkaların
axtarışı və sifarişi üçün xüsusi TouchScreen monitor
quraşdırılmışdır.
Kitabxanada elektron resursların keyfiyyətinin
artırılması üçün kitabları özü skan edən xüsusi robot
skaner quraşdırılmışdır. Bu aparat kitabın skan olunması
prosesini tam olaraq özü həyata keçirir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Avropa
Milli Kitabxanaları konfransı (CENL), Avrasiya
Kitabxanalar Assambleyası (BAE), Avropa Kitabxanası,
türkdilli ölkələrin milli kitabxana direktorları
şurasının, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
Milli Kitabxanaları şurasının, Avrasiya Kitabxanaçılar
Birliyinın üzvüdür.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının
beynəlxalq əlaqələri də cari ildə xeyli genişlənmişdir.
Rusiya Dövlət kitabxanası və Türkiyə Milli
Kitabxanası arasında imzalanmış ikitərəfli qarşılıqlı
əməkdaşlıq haqqında Memorandumların müddətləri
uzadılmış, Çexiya, Yunanıstan və Macarıstan milli
kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq
haqqında Memorandum imzalanmışdır. İskəndəriyyə
Kitabxanası, Mərakeş, Polşa və Bolqarıstan milli
kitabxanaları ilə Memorandum layihələrinə baxılmış,
maddələr müzakirə olunmuş və ümumi razılıq əldə olunaraq
2013-cü ilin əvvəllərində imzalanması qərarına
gəlinmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan
Milli Kitabxanası Nizami Gəncəvinin anadan
olmasının 870 illiyinə həsr edilmiş TÜRKSOY
ölkələrinin Milli Kitabxanalarının nümayəndələrinin
iştirakı ilə M.F.Axundov adına Milli Kitabxanada “Nizami
irsinin təbliği” mövzusunda Beynəlxalq Elmi Konfrans
keçirilmişdir. Tədbirdə Nizami Gəncəvinin Türkiyə Milli
Kitabxanasında qorunan “Xəmsə”sinin surəti, Çexiya Milli
Kitabxanasında qorunan Nizaminin “Xəmsə”sinin
illüstarsiyaları, Füzulinin, Nəsiminin, Xaqaninin
əlyazmalarının surəti Azərbaycan Milli Kitabxanasına
hədiyyə olunmuşdur.
Milli
Kitabxananın əməkdaşları 2012-ci ildə 20
xarici ezamiyyədə olmuş, beynəlxalq kitab
sərgilərində, seminar və konfranslarda, milli
kitabxanaların yubiley tədbirlərində, stajorluqlarda
iştirak etmişlər. Belarus Milli Kitabxanası ilə
tanışlıq, Budapeşt şəhərində
keçiriləcək beynəlxalq kitab festivalı, Frankfurt
şəhərində keçirilmiş 63-cü Beynəlxalq Kitab Sərgisində,
Amerika Birləşmiş Ştatlarının Təhsil və Mədəniyyət
məsələləri bürosu üzrə Dövlət Departamentinin Amerika
kitabxanaları və mədəniyyətin mühafizəsi üzrə beynəlxalq
ziyarətçi və rəhbərlik proqramında iştirak,
Hindistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870
illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək
məqsədilə Dehli şəhərində,
İspaniyanın Madrid şəhərində Madrid Complutense
Universitetinin ev sahibliyi etdiyi Avropa Kitabxanaları
/ Europeana Libraries birgə görüşlərdə və başqa bu kimi
tədbirlərdə Azərbaycan Milli Kitabxanası təmsil
olunmuşdur. Praqaya səfər çərçivəsində Çexiya Milli
Kitabxanasının fondunda ərəb və fars dillərində olan
nadir əlyazmalar aşkarlanmış, onların titul vərəqləri və
son səhiflərin fotosurəti çıxarılaraq ölkəmizə
gətirilmişdir.
2012-ci il
böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının
banisi, görkəmli ictimai xadim və maarifçi
M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar TÜRKSOY
təşkilatı tərəfindən “M.F.Axundzadə ili” elan edilmişdir.
Bu
məqsədlə türkdilli ölkələrin milli kitabxanalarının
iştirakı ilə “M.F.Axundzadə ili” bağlanış tədbirləri
çərçivəsində 14-15 dekabr 2012-ci il tarixlərində Kipr
Respublikasında beynəlxalq konfrans, 17 dekabr tarixində
Ankarada Türkiyə Milli Kitabxanasında və 18 dekabrda
İstanbul Aydın Universitetində M.F.Axundzadəyə həsr
olunmuş simpozium keçirilmiş və “Azərbaycanfilm”in yeni
istehsal etdiyi “Sübhün səfiri” 2 seriyalı bədii film
nümayiş etdirilmişdir. |