|
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
2007-ci ildə
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini
həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə
Azərbaycan dilində nəşr olunmuş çap məhsullarını və
Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli
nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat
daşıyıcılarını toplayıb mühafizə edən milli xəzinə və
dövlət kitabsaxlayıcısıdır.
2007-ci il M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının fəaliyyətinin əsas istiqamətini
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması, avtomatlaşdırılmış idarəetmə
sistemlərinin tətbiqi ilə oxuculara kitabxana xidmətinin
müasir tələblərə uyğun qurulmasını təmin etmək,
oxuculara və istifadəçilərə virtual rejimdə xidmət
göstərmək üçün elektron kitabxananın və elektron
kataloqun məlumat bazasının genişləndirilməsini təşkil
etmişdir.
Milli Kitabxanada 25 şöbə, 50 bölmə fəaliyyət göstərir
və onlarda cəmi 361 nəfər işçi çalışır.
Hazırda Milli Kitabxananın fondunda 4 482 954
nüsxə ədəbiyyat saxlanılır. 2007-ci ildə kitabxanaya
18 290
nüsxə yeni ədəbiyyat daxil olmuşdur.
İl ərzində kitabxananın daimi oxucularının sayı 39 716
nəfər, virtual oxucuların (saytdan istifadə edənlər)
sayı 74 447 nəfər, elektron kataloqdan istifadə
edənlər isə 22 160 nəfərdir. Davamiyyət 200 050 nəfər
olmuş, kitab verilişi isə 713 444 nüsxəyə
çatdırılmışdır.
Azərbaycan ədəbiyyatının arxıvı şöbənin nəzdində
fəaliyyət göstərən Mikrofilm bölməsində
bu il 131 ədəd ədəbiyyat mikrofilmləşdirib. 104 nüsxə
Azərbaycan dilində kitab, 17 rus dilində kitab, 6
komplekt jurnal, (“Babayi-Əmir”, “Dəbistan”, “Fyuzat”,
“Dan ulduzu”, “Əqrəb”, “Dirilik”) 4 komplekt qəzet (“Sədayi-həqq”,“Sədayi-
vətən”) mikrofilmləşdirilmişdir.
Elektron resursların yaradılması şöbəsinin məlumat
bazasına 6057 yeni ədəbiyyat, 4005 adda Azərbaycan
ədəbiyyatının arxivi şöbəsinin ədəbiyyatı, kitab
verilişi məntəqəsindən isə 2980 adda ədəbiyyat məlumat
bazasına daxil edilmişdir. Ümumiyyətlə isə bu günə kimi
33 369 adda biblioqrafik yazı elektron kataloqa daxil
edilmişdir ki, bu da 145 496 nüsxə ədəbiyyatı əhatə
edir.
2007-ci ildə Milli Kitabxananin saytı (www.anl.az)
təkmilləşdirilmiş, onun rus və ingilis dili variantları
aktivləşdirilmişdir. Ana səhifəyə “Bunları unutmaq olmaz.
Qan yaddaşımız”, “İşğal altında olan torpaqlarımız bizi
çağırır”, “Prezidentin mədəniyyət, incəsənət və turizm
haqqında Sərəncamları”, “İlin yekunları” və “Ekspert
Komissiyası” adlı düymələr əlavə olunub. “Kitabxanamizin
nəşrləri”, “Xəbərlər”, “Yeni kitablar”, “Mədəniyyət,
incəsənət və turizm haqqında yeni ədəbiyyat” səhifələri
müntəzəm olaraq yeniləşir, yeni materiallarla
zənginləşir.
Kitabxana işçilərinin təlimi və tədrisi şöbəsində
2007-ci ilin noyabr ayında rayon MKS direktorları üçün,
2007-ci ilin dekabr ayında isə Müəllimlərin
İxtisasartırma kursundan gələn məktəb kitabxana
müdirləri üçün “Müasir kitabxanalar və yeni vəzifələr”
mövzusunda mühazirələr oxunmuşdur.
2007-ci ildə kompyuter vərdişləri və Word proqramı
üzrə 3 qrupda tədris keçirilmişdir. Dərslərdə Milli
Kitabxananın əməkdaşları ilə birgə Bakı şəhər
kitabxanalarının işçiləri də iştirak etmişlər.
Kitabxana mütəxəssislərinin ingilis dili sahəsində
biliklərini artırmaq və təkmilləşdirmək məqsədilə 4 ay
müddətinə pulsuz ingilis dili kursları təşkil olunmuşdur.
2 səviyyədə (başlangic və orta) keçirilən kurslarda 2
qrupun hər birində 12 nəfər olmaqla 24 nəfər
kitabxanaçı iştirak edirdi.
Ölkədaxili kitab mübadiləsi şöbəsinə 2007-ci ildə 53
719 nüsxə kitab daxil olub ki, bunlardan 25 449 nüsxə
Mədəniyyət və Turizm Nazirliyinin xəttilə, 10 116 nüsxə
kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə çap olunan kitablardır. Bunlardan 22 452 nüsxə
paylanılıb.
2007-ci ildə Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi
dövri mətbuat materiallarından Azərbaycana dair və ümumi
xarakterli məqalələrin 4637 analitik-biblioqrafik
yazısını elektron kataloqun məlumat bazasına daxil
etmişdir. Tam mətnli elektron versiyası olan məqalələr
isə bu * işarə ilə biblioqrafik yazıda öz əksini
tapmışdır.
Mədəni-kütləvi işlər şöbəsi 2007-ci ildə respublikanın
həyatında baş verən tarixi və əlamətdar günlərlə,
yubileylərlə, bayramlarla bağlı 30-a yaxın tədbir-
kitab sərgiləri, yeni kitabların təqdimatları, anım
günləri və yubiley təntənələri keçirmişdir.
Keçirilən bütün bu tədbirlər mətbuat, radio və
televiziya vasitəsilə işıqlandırılmışdır.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Bakı
şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə “Bakı
kitabxanaları: müasir vəziyyət və gələcək perspektivlər”
adli seminar-müşavirə keçirərək, qarşıda duran vəzifələr
və onların həlli yollarını müzakirə etmişdur. Il
ərzində Milli Kitabxana tərəfindən Bakı kitabxanalarına
bütün məsələlərdə metodik köməklik göstərilmiş,
kitabxanalara gedişlər təşkil olunmuş, metodik vəsait və
ədəbiyyatla təmin edilmişdir.
2007-ci ildə Çap məhsullarının qeydiyyatı və Milli
biblioqrafiya şöbəsi (Kitab Palatası) tərəfindən nəşri
bərpa olunan «Birillik Azərbaycan Kitabiyyatı»nın
respublikamızda dərc olunmuş kitabları əhatə edən
buraxılışları (2001, 2003, 2004- cü illər) nəşr
olunmuşdur.
2006-cı ilin birinci və ikinci yarısında Milli
Kitabxanaya daxil olan yeni ədəbiyyatın annotasiyalı
biblioqrafik göstəricisinin I və II buraxılışları,
2007-ci ilin I, II, və III rüblərində kitabxanaya daxil
olan ədəbiyyatın siyahısı «Yeni kitablar» adlı
biblioqrafik göstəricidə öz əksini tapmışdır.
2007-ci ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti də
səmərəli olmuş, 22 adda, 36 buraxılışda: biblioqrafiya,
biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik
tövsiyyələr nəşr edilmişdir. Çap olunan bütün vəsaitlər
respublikanın MKS-nə və Baki şəhər kitabxanalarına
vaxtında və operativ surətdə çatdırılmışdır.
M.F.Axundov adına Milli Kitabxananın Mədəniyyət üzrə
informasiya şöbəsi «Mədəniyyət, incəsənət və turizm
haqqında yeni ədəbiyyat» adlı cari biblioqrafik
informasiya göstəricisini hazırlamaq işini davam
etdirmişdir.
Not nəşrləri və səsyazmaları şöbəsi Azərbaycan
ədəbiyyatının arxivi şöbəsində olan notların bir
nüsxəsini götürərək özünün arxiv fonduna daxil etmişdir.
Bundan əlavə vaxtilə Depozitar ədəbiyyat şöbəsində
yerləşdirilən 127 qutu 6350 nüsxə Azərbaycan notu
yenidən şöbənin fondunda yerləşdirilmişdir. Il ərzində
fond kataloq sistemi ilə uzləşdirilib, yoxlanmışdır.
Nəticədə 660 qutu 210 min nüsxə yoxlanılmış və yenidən
düzülmüşdür.
Kitabxana siyasəti və metodik rəhbərlik şöbəsinin
əməkdaşları il ərzində 22 rayonda ezamiyyədə olmuşdur ki,
bu da 44 filialı əhatə etmişdir. Bakı şəhər
kitabxanalarına mütəmadi olaraq gedişlər təşkil olunmuş,
kompleks köməklik göstərilmişdir.
Virtual metodik xidmət vasitəsilə 50-dən çox sorguya
cavab verilmişdir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının
beynəlxalq əlaqələri də genişlənmişdir. 11 ölkənin 12
kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq
haqqında saziş imzalanmışdır. Xarici ədəbiyyat və
beynəlxalq kitab mübadiləsi şöbəsinə 633 nüsxə
ədəbiyyat daxil olmuşdur. Eyni zamanda beynəlxalq kitab
mübadiləsi xətti ilə xarici ölkələrin Milli
kitabxanalarına onların sorğuları əsasında 381 nüsxə,
ölkədaxili kitab mübadiləsinin xətti ilə isə 254 kitab
göndərilmişdir. İl ərzində cəmi 635 kitab xarici ölkə
kitabxanalarına göndərilmişdir.
Milli Kitabxananın nəzdində fəaliyyət gostərən Ekspert
Komissiyasi tərəfindən xaricə aparılmasına 9 icazə
sertifikatı verilmişdir. Sertifikatın 3-ü mülki şəxslərə,
6 sertifikat isə sərgidə nümayiş olunacaq ədəbiyyatlar
üçün (qaytarılmaq şərtilə) verilmişdir.
2007-ci ildə kitabxananın əməkdaşları tərəfindən dövrü
mətbuat səhifələrində 62 material dərc olunmuşdur.
|