M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası

2008-ci ildə

 

2008-ci il M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası üçün çox əhəmiyyətli olmuşdur.  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin 07.08.08 tarixli 416 nömrəli əmrinə əsasən ilk dəfə olaraq 17-19 noyabr 2008-ci ildə Milli Kitabxananın 85 illik yubileyi təntənəli şəkildə keçirilmişdir.

17 noyabr 2008-ci il tarixində Milli Kitabxananın 85 illik yubileyinə həsr olunmuş bir sıra təntənəli mərasimlərin açılışı olmuşdur. Yubiley tədbirlərində 18 ölkədən 27 qonaq iştirak etmişdir. Milli Kitabxanada 8 adda sərginin -  “Heydər Əliyev Miili Kitabxanamızda”, “Tariximizdən səhifələr”, “Azərbaycan xarici mətbuatda”, “Musiqi tariximizin qızıl fondundan”, “85 il xalqın xidmətində”, “Kitabxanamızın inciləri”, “Azərbaycanın kitab abidələri”, “Əməkdaşlarımızın yubiley töhfələri” açılışı olmuşdur. Sərgilər qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.Noyabrın 17-də axşam Musiqili Komediya Teatrında Milli Kitabxananın 85 illik yubilleyinə həsr olunmuş təntənəli mərasim olmuşdur. Rəsmi hissə Azərbaycan Respublikasının Himninin səsləndirilməsi ilə  başlamışdır. Sonra “Salnamə” studiyası tərəfindən lentə alınmış “Milli Kitabxana-85”  adlı sənədli film nümayiş olunmuşdur.

Milli Kitabxananın direktoru Kərim  Tahirov tədbirə gələnləri salamlayaraq giriş sözünü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri  cənab Əbülfəs Qarayevə vermişdir. Cənab nazir əvvəlcə tədbir iştirakçılarını salamlamış və bütün kitabxanaçıları bu bayram münasibətilə ürəkdən təbrik etmişdir. Sonra o Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yubiley iştirakçılarına, Türkdilli ölkəklərin  milli kitabxana direktorlarının II konfransının və “Avrasiya Kitabxanalar Assambleyası” Qeyri Əməkdaşlıq təşkilatının 10-cu illik iclasının iştirakçılarına təbrik məktubunu oxumuşdur. Nazir kitabxananın 10 əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanını  təqdim etmişdir.

Rəsmi hissə bitdikdən sonra tədbirin bədii hissəsi başlanmışdır. Konsert proqramında milli musiqimizdən və rəqslərdən nümunələr nümayiş olunmuşdur. Tədbirin sonunda kitabxananın direktoru Kərim Tahirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Kitabxananın bir qrup əməkdaşına fəxri adların medalların verilməsi barədə sərəncamlarını oxumuşdur.

Noyabrın 18-də yubiley tədbirləri davam etdirilmiş və yubiley çərçivəsində iki böyük beynəlxalq konfrans -  “Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaşlıq Təşkilatının (BAE) onuncu  ümumi iclası  və Türkdilli ölkələrin Milli Kitabxana Direktorlarının ikinci konfransı keçirilmişdir. 

Milli Kitabxanada 25 şöbə, 50 bölmə fəaliyyət göstərir və onlarda cəmi 361 nəfər işçi çalışır.

Hazırda Milli Kitabxananın  fondunda  4 508 626  nüsxə ədəbiyyat saxlanılır. Cari ildə kitabxanaya 25 672  nüsxə yeni ədəbiyyat daxil olmuşdur.

İl ərzində kitabxananın daimi oxucularının sayı 37 185  nəfər, virtual oxucuların (saytdan istifadə edənlər)  sayı  98 447  nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlər 260 nəfər, elektron kataloqdan istifadə edənlər isə  43 458  nəfərdir.  Davamiyyət 175 969  nəfər olmuş, kitab verilişi isə 694 017   nüsxəyə çatdırılmışdır.

Azərbaycan ədəbiyyatının arxivi şöbəsinin nəzdində fəaliyyət göstərən Mikrofilm bölməsində bu il  109 nüsxə kitab, 4  ədəd jurnal, Nadir kitablar bölməsindən isə 29 nüsxə ədəbiyyat   mikrofilmləşdirilib. Ümumilikdə 142 nüsxə ədəbiyyat mikrofilmləşdirilmişdir. 86 ədəd mikrofilm elektron kitabxanaya köçürülmüşdür.

Elektron resursların yaradılması şöbəsi 2008-ci ildə  26 960  adda Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatın biblioqrafik yazısını yaradaraq, 60 504 nüsxə ədəbiyyatı elektron kataloqun məlumat bazasına daxil edilmişdir.

Cari ildə kitabxana saytının  (www.anl.az)  Elektron kitabxana səhifəsində “Elektron versiyası hazırlanmaqda olan kitablar” başlıqlı bölmə  yerləşdirilib. Burada elektron versiyası hazırlanmaqda olan kitabların siyahısı və onların qısa annotasiyası verilir.  

İl ərzində “Heydər Əliyev irsi”,    “Mir Cəlal Paşayev irsi”  “Nizami Gəncəvi irsi”, “Füzuli irsi”, “Hüseyn Cavid irsi”  elektron məlumat bazaları yaradılmışdır.

2008-ci ilin mart ayından  kitabxananın saytında “Virtual sifariş”  bölməsi yaradılmışdır.  Bu bölmə oxuculara məsafədən sifariş (virtual) xidmətini təklif edir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş edə bilir. 

Kitabxana işçilərinin təlimi və tədrisi şöbəsində Kompyuterin əsasları üzrə 2 qrupa, Elektron kataloqda axtarış- VTLS üzrə 3 qrupa  kurslar keçirilmişdir.

Ölkədaxili kitab mübadiləsi şöbəsinə cari  ildə 41 198  nüsxə kitab daxil olub ki, bunlardan  22 500  nüsxə  Mədəniyyət və Turizm Nazirliyinin xəttilə, 9 600  nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap olunan kitablardır. İl ərzində 45 610 nüsxə kitab paylanıb.

Milli Kitabxana Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyətindən bəhs edən rus və ingilis dilində Moskvada nəşr olunmuş “Èëüõàì Àëèåâ: Îòêðûòûé ìèð” kitabını  respublikanın 72 Mərkəzləşdirilmiş Kitabxana Sisteminə və dünyanın 62 ölkəsinin Milli Kitabxanasına göndərmişdir. Milli Kitabxananın poçtuna daxil olan məktublardan məlum olur ki, Azərbaycan həqiqətlərini dünyaya açan bu kitab xarici ölkə kitabxanaları tərəfindən böyük maraqla qarşılanmışdır.

Cari ildə kitabxanada 60 tədbir keçirilmişdir.

2008-ci ildə Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab Palatası) tərəfindən «Birillik Azərbaycan Kitabiyyatı»nın respublikamızda dərc olunmuş kitabları əhatə edən buraxılışları  (2002 və  2006- cü illər), “Yeni kitablar” göstəricisinin 2007-ci ilin  III və IV rübü, 2008- ci ilin nəşr olunmuşdur.

2008-ci ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti də səmərəli olmuş, 41 adda, 42 buraxılışda: biblioqrafiya, biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik tövsiyyələr nəşr edilmişdir. Çap olunan bütün vəsaitlər respublikanın MKS-nə və Bakı şəhər kitabxanalarına vaxtında və operativ surətdə çatdırılmışdır.

Cari ildə kitabxananın 34 nəfər işçisi ezamiyyədə olmuşdur.

Kitabxana siyasəti və metodik rəhbərlik şöbəsinin əməkdaşları il ərzində 22 rayonda ezamiyyədə olmuşdur ki, bu da 44 filialı əhatə etmişdir. Bakı şəhər kütləvi kitabxanaları üçün 3 seminar-müşavirə keçirilmişdir.  Virtual metodik xidmət vasitəsilə 175-dən çox sorğuya cavab verilmişdir.

Kitab fondlarının mühafizəsi şöbəsinin bütün fondlarında yoxlamalar aparılıb. Bunun nəticəsi olaraq rədd cavablarının sayı  minimuma enmişdir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri də genişlənmişdir.  3 ölkənin milli  kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır. Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi  şöbəsinə 621 nüsxə ədəbiyyat daxil olmuşdur. Eyni zamanda beynəlxalq kitab mübadiləsi xətti ilə xarici ölkələrin Milli kitabxanalarına onların sorğuları əsasında 619 nüsxə, ölkədaxili kitab mübadiləsinin xətti ilə isə 1041 kitab göndərilmişdir. İl ərzində cəmi 1 629 kitab xarici ölkə kitabxanalarına göndərilmişdir.

Bu il 7  xarici ezamiyyə olmuşdur.

Sentyabr ayında M.F.Axundov adına Milli Kitabxanada Rusiya Dövlət  Kitabxanasının Elektron Dissertasiya fondunun virtual oxu zalının açılış mərasimi olmuşdur. Virtual oxu zalının köməyi ilə oxucular Rusiya Dövlət kitabxanasının 350 min nüsxədən artıq dissertasiya və avtoreferatlarının tam elektron mətnindən istifadə etmək imkanı əldə etmişlər.

Milli Kitabxananın nəzdində fəaliyyət gostərən Ekspert Komissiyasi tərəfindən xaricə aparılmasına 8 icazə sertifikatı verilmişdir. Sertifikatın 1-i mülki şəxslərə,  6 sertifikat sərgidə nümayiş olunacaq ədəbiyyatlar üçün  (qaytarılmaq şərtilə), 1 sertifikat isə Gürcüstanda  M.F.Axundov adına Muzey Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə olunacaq kitablara verilmişdir. 2 nəfər mülki şəxsin müraciətinə baxılmış, aparmaq istədiyi ədəbiyyat tarixi mühüm əhəmiyyət kəsb etdiyinə görə icazə sənədi verilməmişdir.

2008-ci ildə kitabxananın əməkdaşları tərəfindən dövrü mətbuat səhifələrində 99  material dərc olunmuşdur.

 

 
 
National Library of Azerbaijan © All Rights Reserved