|
M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanası 2010-cu ildə
Milli
Kitabxananın fondunda 4 539 598 nüsxə ədəbiyyat
saxlanılır. 2010-cu ildə kitabxanaya 22 767 nüsxə yeni
ədəbiyyat daxil olmuşdur.
İl
ərzində kitabxananın daimi oxucularının sayı 37 686
nəfər olmuşdur. Virtual oxucuların (saytdan istifadə
edənlər) sayı 281 064 nəfər, virtual sifarişin
xidmətlərindən istifadə edənlər 696 nəfər, Rusiya
Dövlət Kitabxanasının Dissertasiyaların virtual oxu
zalından istifadə edənlər 720 nəfərdir. Davamiyyət
187 141 nəfər olmuş, kitab verilişi isə 732 385
nüsxəyə çatdırılmışdır.
Oxucuların məlumat bazasının yaradılması işi cari ildə
başa çatdırılmışdır. Rədd cavablarının sayı minimuma
enmiş, il ərzində yardımçı fondlar yoxlanılmış,
zədələnmiş kitablar bərpa olunaraq oxucuların
istifadəsinə verilmişdir.
M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq
əlaqələri də genişlənmişdir. Estoniya, Moldova və
İordaniya milli kitabxanaları ilə ikitərəfli
qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Misir və İndoneziya ilə müqavilə hazırlanmış, ikitərəfli
qarşılıqlı əməkdaşlıq haqqında Memorandum layihələri
razılaşdırılmaq məqsədilə İngiltərə, İsveçrə və
Argentina milli kitabxanalarına göndərilmişdir.
Xarici
ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinə
beynəlxalq kitab mübadiləsi yolu ilə 566 nüsxə ədəbiyyat
daxil olmuşdur. Eyni zamanda beynəlxalq kitab mübadiləsi
xətti ilə xarici ölkələrin Milli kitabxanalarına onların
sorğuları əsasında 736 nüsxə, ölkədaxili kitab
mübadiləsinin xətti ilə isə 2851 nüsxə kitab
göndərilmişdir. Beləliklə, beynəlxalq kitab mübadiləsi
yolu ilə 566 nüsxə kitab alınmış, 3587 nüsxə kitab isə
xarici kitabxanalara və təşkilatlara göndərilmişdir
2010-cu il TÜRKSOY tərəfindən görkəmli başqırd
türkoloqu, şərqşünas alim
Əhməd Zəki Validi Toğan ili elan olunması ilə
əlaqədar olaraq TÜRKSOY təşkilatına üzv olan ölkələrdə
bir sıra tədbirlər keçirilmişdir. Bu tədbirlər
çərçivəsində 28-30 aprel 2010-cu il tarixində
Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Milli Kitabxana
və AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun
birgə təşkil etdiyi Əhməd Zəki Validi Toğanın anadan
olmasının 120 illiyinə həsr olunmuş kitab sərgisi və
Beynəlxalq Elmi Konfrans keçirilmişdir.
Tədbirlərdə Türkiyə, İ.Qasprinski adına krım-tatar
kitabxanasının, Ə.Z.Validi adına Başqırdıstan Milli
kitabxanasının direktorları, Əlyazmalar və nadir
kitablar şöbəsinin müdiri, Qazaxıstan Tarix və
etnoqrafiya institutunun əməkdaşı və Türkiyə Elmlər
Akademiyasının professoru, Ə.Z.Validinin qızı İsenbike
Toğan iştirak edirdilər.
Qonaqların Azərbaycan Milli Kitabxanasının direktoru ilə
birgə TRT Avaz kanalında canlı yayımda görüşü böyük
marağa səbəb olmuşdur. Milli Kitabxanada TÜRKSOY-un Baş
Katibinin müavini Firat Purtaş və Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlının iştirakı ilə
Mətbuat konfransı keçirilmişdir.
“Əhməd
Zəki Validi Toğan- 120” adlı kitab sərgisinin
açılışından sonra Elmi Konfrans öz işinə başlamışdır.
Konfransın sonunda tövsiyyələr qəbul olunmuş və rəsmi
bağlanış mərasimi olmuşdur.
17 dekabr
2010-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyi,
TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə tədbiri
olan “TÜRKSOY kitabxanası” seriyasından çap olunmuş
«Məxdimqulu Fəraqi. Seçilmiş əsərləri» kitabının
təqdimat mərasimi keçirilmişdir.
Tədbiri
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim
Tahirov açaraq Məxdimqulu yaradıcılığından söhbət
açmışdır. O, TÜRKSOY təşkilatının “TÜRKSOY
kitabxanası” seriyası ilə kitabların çap etdirməsini çox
vacib hadisə hesab etmiş və 2012-ci ildə M.F.Axundov
haqqında belə bir kitabın nəşr olunmasını arzu etmişdir.
TÜRKSOY-un genel sekretarı Düsen Kaseinov bu layihənin
əvəzsiz əhəmiyyətindən danışaraq gələcəkdə bütün türk
xalqlarının nümayəndələrinin bu seriyadan kitabları çap
ediləcəyini bildirmişdir.
Sonda tədbir
iştirakçıları Məxtumqulunun həyat və yaradıcılığına həsr
olunmuş 100-ə yaxın kitab və dövrü mətbuat
materiallarını əhatə edən kitab sərgisi ilə tanış
olmuşlar.
Kitabxanada kitab, qəzet və jurnalların
rəqəmsallaşdırılması və oxuculara elektron informasiya
xidmətinin göstərilməsi istiqamətində bir sıra mühüm
addımlar atılmışdır. Tamamilə yeni tələblərə cavab verən
xüsusi avadanlıqlar alınaraq ayrı-ayrı qəzet
komplektlərinin, kitab və jurnalların çox sürətlə
rəqəmsallaşdırılması işınə başlanmışdır.
Elektron resursların yaradılması istiqamətdə atılan daha
bir addım dövri mətbuat nümunələrinin tam
komplektlərinin elektron versiyasını yaratmaqdan
ibarətdir. “Ədəbiyyat”, “Kaspi”, “İrşad”, “Açıq söz”,
“Həqiqət”, “Sədayi həqq”, “Doğru söz”, “Bəsirət”,
“Ziyayi Qafqaziyə”, “Azərbaycan” “Əkinçi” qəzetlərinin,
“Dəbistan”, “İnqilab və mədəniyyət”, “Məzəli”, “Şəlalə”
jurnallarının, “Zaqafqaziya Komissiyasının Aktları” və
“Kavkazskiy kalendar” məcmuələrinin tam
komplektlərinin elektron versiyası yaradılmışdır. Bu iş
davam etdirilir. Hazırda “Kommunist” qəzetinin tam
komplektinin elektron versiyasınnı yaradılması üzərində
iş gedir.
Milli
Kitabxana VTLS VİRTUA proqramında MARC 21 formatı ilə
işləyir. Azərbaycan Milli Kitabxanası VTLS proqramının
bütün modullarını almışdır. Administrator
yarımsisteminin köməkliyi ilə mütəxəssislərimiz
avtomatlaşdırılmış idarəetmə sisteminin yeni və son
versiyasının quraşdırma işlərini başa çatdırıblar.
VTLS
VİRTUA proqramının Language Editor faylı Azərbaycan
dilinə tərcümə edilmişdir.
Elektron kataloq vasitəsilə ABŞ-ın Konqress, Rusiyanın
Dövlət Kitabxanası və Türkiyənin Milli Kitabxanası ilə
biblioqrafik yazı mübadilələri aparılır. Oxucu Milli
Kitabxananın saytı vasitəsilə birbaşa bu kitabxanaların
elektron kataloqlarında axtarış apara bilir.
“Mədəniyyət, incəsənət və turizm haqqında yeni
ədəbiyyat” adı informasiya bülleteni şəklində ayda bir
dəfə 50 nüsxə tirajla nəşr edilir. Vəsaitdə 2010-cu
ildə kitabxanaya daxil olan çap məhsullarından
Azərbaycan dilində 18 adda kitab, 7 adda jurnal və 51
adda qəzetdən, rus dilində isə 5 adda kitab, 14 adda
qəzetdən mövzuya uyğun seçilən materiallar öz əksini
tapıb.
Azərbaycan ədəbiyyatının arxivi şöbəsində arxiv fondunu
elektron kataloqa köçürməsi işi davam etdirilmişdır.
1905-1922, 1989, 1990-ci illəri əhatə edən 495 nüsxə
əski Azərbaycan əlifbasında, 1988-ci ilə aid 100 kitab,
1989-cu ilə aid 1042 kitab, cəmi 1637 kitabın
bibloqrafık yazısı elektron kataloqun məlumat bazasına
daxil edilmişdir. 513 adda ədəbiyyatın (440 kitab, 68
adda qəzet, 5 komplekt jurnal) rəqəmsallaşdırıcı
aparatla surəti çəkilmişdir.
Not
nəşrləri və səsyazmaları şöbəsində fonoteka fondunun
qrammafon vallarının CD-yə köçürülməsi işi davam
etdirilmişdir. Belə ki, cari ildə 1000 ədəd qrammafon
valı CD-lərə köçürülmüşdür ki, bu işdə milli
musiqimizə daha önəmli yer verilmişdir.
2010-cu ildə 50 226 biblioqrafik yazı elektron
kataloqa daxil edilmişdir.
Beynəlxalq KAA yolu ilə 2 oxucuya Rusiya Dövlət
kitabxanasından 2 ədəd kitabla xidmət edilmişdir. 7
xarici ölkələrdən gələn sorguya cavab olaraq kitabların
surəti skaner olunaraq göndərilmişdir.
2010-cu ildə Çap məhsullarının qeydiyyatı və Milli
biblioqrafiya şöbəsi (Kitab Palatası) tərəfindən «Birillik
Azərbaycan Kitabiyyatı»nın respublikamızda dərc olunmuş
kitabları əhatə edən 1998, 2008, 2009-cu illərə dair
buraxılışları, “Yeni kitablar” göstəricisinin 2009-cu
il IV buraxılışı, 2010-cu ilin II buraxılışı
hazırlanaraq çap olunmuşdur.
Hazırda həmin şöbə tərəfindən Azərbaycan milli
biblioqrafiyasının tərkib hissəsi olan “Azərbaycan
kitabı” fundomental biblioqrafiyasının 1940-1960-cı
illəri əhatə edən 3-cü cildi çapa hazırlanır.
2010-cu ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti də
səmərəli olmuş, 26 adda, 40 buraxılışda: biblioqrafiya,
biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik
tövsiyyələr nəşr edilmişdir.
Cari
ildə
Kitabxanaçünaslıq-elmi tədqiqat şöbəsi tərəfindən
“Azərbaycan kitabxanaları XXI əsrin informasiya
məkanında” adlı sorgu-məlumat kitabının III və IV
cildi çapdan çıxmışdır. Şöbə tərəfindən “Oxucu günü”keçirilmişdir.
Tədbirə iki ay ciddi hazırlıq görülmüş, kitabxanada
müvafiq elanlar asılmış, kitabxananın saytında və
kütləvi informasiya vasitələrində elanlar verilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd oxucuların kitaba və
kitabxanaya olan münasibətini öyrənmək, ayrı-ayrı iş
sahələrində mövcud olan nöqsanları müəyyənləşdirmək,
irad və təklifləri bilavasitə oxucuların dilindən
eşitmək idi. Gün ərzində kitabxanaya daxil olan
oxuculara kitabxana xidmətinin operativliyi, elektron
informasiya resurslarından istifadə, elektron kataloqda
axtarış, kitabxana işçilərinin xidmət mədəniyyəti və
peşə səviyyəsinin qənaətbəxşliyi, oxucuların irad və
təklifləri və s. məsələlər qoyulmuş Anket-sorğu”
paylanmışdır. Həmin gün kitabxanada “açıq qapı” elan
olunmuş və rəhbərlik və şöbə müdirləri tərəfindən
oxucuların iradları dinlənilmişdir.
Oxucular kitabxananın xidmətlərindən
razılıqla yanaşı, xidmət işini daha da yaxşılaşdırmaq
üçün kompyuter zalının genişləndirilərək kompyuterlərin
sayının çoxaldılması, oxucu biletinin plastik olması,
elektron kataloqun təkmilləşdirilməsi, yeni nəşrlərin
daha çox alınmasıvə s. təkliflərini vermişlər.
2010-cu ildən Elektron kitabxana müstəqil şöbə kimi
fəaliyyətə başlamışdır. Cari ildə 896 kitabın tam
mətni, 4310 dövri mətbuat nömrəsi internet və
intranet səhifələrində yerləşdirib. Müəllif ərizəsi
əsasında 143 CD üzərində işlənilib.
İl
ərzində ümummilli lider Heydər Əliyev cənablarının
çıxışları, nitqləri, bəyanatları, fərmanları,
sərancamları, məktub və müsahibələri daxil edilmiş
“Müstəqilliyimiz əbədidir” adlı kitabın 30 cildinin
elektron versiyası hazırlanaraq elektron kitabxanada
yerləşdirilmişdir.
“Zərifə Əliyeva” adlı məlumat bazası yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitabların
elektron versiyasının hazırlanması işi davam
etdirilmişdir.
Azərbaycanın klassik şairlərinin ədəbi irsinin rusdilli
oxucular arasında geniş təbliğinə nail olmaq məqsədilə
Nizami Gəncəvi, Məhəmməd Fizuli, İmadəddin Nəsimi, Şah
İsmayıl Xətai, Mirzə Ələkbər Sabir, Səməd Vurğun və
digər klassik şairlərimizin rus dilində dərc olunmuş
seirlərinin elektron versiyası hazırlanaraq elektron
kitabxanada yerləşdirilmişdir.
Milli
Kitabxanada keçirilən kütləvi tədbirlər, sərgilər,
mühazirələr, kitab təqdimatları, yazıçı və elm adamları
ilə görüşlər oxuculara xidmət işində, ədəbiyyatın
təbliğində mühüm rol oynayır. İl ərzində oxu zallarında,
xarici ədəbiyyat və not nəşrləri və səsyazmaları
şöbələrində öz profilinə dair ədəbiyyat sərgiləri təşkil
edilmişdir. Ümumilikdə cari ildə 92 kütləvi tədbir
keçirilmişdir. “20 Yanvar - qanlı və şanlı tariximiz”,
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı
mübarizə”, İşıqlı ömrün anları” (Zərifə Əliyeva), “Ulu
öndər Heydər Əliyev – 87 və b. kitab sərgiləri, Mixail
Qusmanın “Formula vlasti”, “Xocalı soyqırımı
rabitəçilərin yaddaşında”, “Teyyub Qurban. Biblioqrafiya”,
TÜRKSOY kitabxanası seriyasından çap olunmuş “M.Fəraqiş
Seçilmiş əsərləri” və b. kitabların, Azərbaycanda
müdafiə olunmuş dissertasiyaların və onların
avtoreferatlarının elektron məlumat bazasının təqdimat
mərasimləri, Milli Kitabxana, Mədəniyyət və Turizm
Nazirliyi, TÜRKSOY və Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun birgə təşkil etdiyi Ə.Z.Validi - 120
beynəlxalq elmi konfrans və b. tədbirlər keçirilmişdir.
Kitabxananın fəaliyyəti müxtəlif informasiya
vasitələrində – televiziya və radio kanallarında,
mətbuatda geniş işıqlandırılmışdır.
2010-cu ildə dövrü mətbuat səhifələrində Milli Kitabxana
haqqında 125 material dərc olunmuşdur.
Milli
Kitabxanasının əməkdaşları 2010-cu ildə 11 ölkədə
xarici ezamiyyədə olmuşlar.
Milli
Kitabxananın nəzdində fəaliyyət gostərən Ekspert
Komissiyasi tərəfindən xaricə aparılmasına 7 icazə
sertifikatı verilmişdir. Sertifikatın 2-si sərgidə
nümayiş olunacaq ədəbiyyatlar üçün (qaytarılmaq
şərtilə), 5-i isə xarici ölkələrdə keçirilən
beynəlxalq kitab sərgilərində və Azərbaycan mədəniyyət
günlərində nümayiş olunmaq məqsədilə (qaytarılmamaq
şərtilə) verilmişdir. |