Nəriman Nərimanov - alovlu
vətənpərvər, böyük türk təəssübkeşi
(Əvvəli
ötən sayımızda)
Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətində onu çox narahat edən problemlərdən
biri Birinci Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində Çar
Rusiyasının ordusu
tərəfindən əsir
alınaraq Nargin adasında zülm edilən Osmanlı əsirlərinin taleyi idi.
200 mindən bir az da çox əsir düşən döyüşçü
və mülki insanların böyük bir hissəsi Rusiyanın uzaq vilayətlərinə aparılarkən,
20 minə qədəri
də Xəzər dənizinin Nargin adasına gətirilmişdi.
Bakı şəhər Dumasına
üzv seçiləndən
sonra həmfikirləri
ilə Dumada komissiya yaradıb Nargin adasına göndərilməsi məsələsini
tələb edir.
"Hümmət" qəzeti
1917-ci il 28 noyabr tarixli sayında yazır: "Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər
tərəfindən yoldaşımız
Nərimanov bir neçə adamla Nargin cəzirəsinə gedib əsirlər barəsində mükəmməl
məlumat toplayıbdır.
Bu barədə Dumada bir məruzə
oxuyacaqdır". Dumanın
"Təhqiqat komissiyası"nın
üzvləri - Nəriman
Nərimanov, Əbdülbağı
Məmmədov, Ağaməhəmməd
İbrahimov, Mürsəlov,
Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları
Nargin adasına gedir, orada əsirlərin
vəziyyətindən və
saxlanma şəraitindən
dəhşətə gəlirlər.
Nərimanov adada 700-ə qədər
səksən yaşında
ahılların, 2 yaşından
15 yaşına qədər
körpə uşaqların
olduğunu və bunların hamısının
Qafqaz cəbhəsindən
gəldiklərini bildirərək
sözlərini bu cümlələrlə tamamlamışdır:
"Bura bir cəzirə deyil, məzardır. Elə bir məzardır ki 1000 nəfərə qədər adam
qıraqda oturub ölmək üçün
öz növbəsini
gözləyir".
Ertəsi
gün Nərimanovun
"Hümmət" qəzetində
(28 noyabr 1917-ci il) "Göz yaşı tökdürən
Cəzirə" məqaləsi
dərc olundu.
Nərimanov ürəkağrısı ilə yazırdı:
"Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir
dəri, bir sümük bədənləri,
sifətsiz gözləri,
ah-zar edən insanları görməyəydim.
Kaş
"əfəndim, su!",
"əfəndim, yemək!",
"əfəndim, paltar!"
sözlərini eşitməyəydim.
Kaş çılpaq, dodaqları
soyuqdan titrəyən,
üzləri bozarmış
atasız-anasız balaca
balalarla söyləşməyəydim.
Kaş xəstəxanada
başları kərpic
üstə can verən
igidlərə rast gəlməyəydim! Min iki yüz insan
balası hazır ölüm növbəsində
durubdur. Altı min də
bu növbəyə hazırlaşır.
Tifmi, vəbamı
və ya bir qeyri-sirayətedici mərəzmi bunları cəzirəyə qurban edəcəkdir? Müsəlmanlar:
"əfəndim, su!.."- deyib
gözlərinizə baxdıqda
guya demək istəyirlər: Siz insanmısınız? İnsaniyyətə dair qanunlarınız varmı? Siz millət balasısınızmı?
Zavallı millət balalarına
cavabınız nədir?
...Mən ağladım,
mən gündə mərəzlər arasında
gün keçirən,
gündə dürlü-dürlü
xəstələrin ah-naləsini
eşidən, onların
axır dəqiqələrinə
öyrəşmiş, tab gətirə
bilməyib ixtiyarsız
ağladım. Nargin bir məzardır və bu məzarın
kənarında hazır
min adam növbədə
durubdur və 7 min sağlam adam da bu növbəyə
hazırlaşır.
Gərəkdir daşürəkli olasan
da bu vicdansızlığa
davam edəsən: acıqlı, hirsli halında insan insan barəsində bu dərəcə vicdansızlığa meydan
versə bəlkə də təbii ola. Fəqət mürür
ilə hər saat, hər gün, həftələr,
aylar, illərlə bu hərəkətdə bulunmaq insanlıq hərəkəti deyildir.
İnsan
balası ilə bu tövr rəftar
nəinki azad Rusiyada gərəkdir görünməsin, hətta
vəhşilər arasında
görünməyibdir". Nərimanovun
Dumadaki üsyanı və mətbuatdakı çıxışları təsirsiz
qalmadı. Rusiya İmperiyasının
türk xalqlarına qarşı xəyanətkar
siyasəti ifşa olundu. Azərbaycan xalqının türk
soydaşlarına doğma
münasibətini, sədaqətini,
qeyrət və dəyanətini göstərdi.
Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın Tiflisə,
Qafqazın Mərkəzi
İnzibati İdarəsinə
göndərdiyi təcili
teleqramın cavabında
Nargin hərbi düşərgəsindən ən
ağır xəstələrin
çıxarılmasına və cəzirədə yaşayan əsirlərə
xeyriyyə cəmiyyətlərinin
köməyinə icazə
verilirdi. Bakı Müsəlman Xeyriyyə
Cəmiyyəti Nargin hərbi düşərgəsində
komissiyanın müəyyən
etdiyi üç yüz xəstə- türk, alman, avstriyalı hərbi əsiri şəhərdə
16-cı lazaretdə yerləşdirdi.
Nargində əsir sifəti
ilə yaşamaqda olan 130 nəfər körpə türk balaları şəhərə
gətirilib Çəmbərəkəndin
qabağındakı mülkdə
yerləşdirildi. Bunu "Möhtaclara
yardım" Cəmiyyəti
öz öhdəsinə
alıb və hər bir məxarici
boynuna götürüb.
Nərimanov o dövrdə dünyanın
məşhur siyasətçiləri
kimi solçu ideyalara tapınaraq kommunist hərəkatına
inanmış böyük
türk lideri idi. Sonda Sovet Rusiyasının
Çar Rusiyasından
heç bir fərqi olmadığını
anlayınca Moskvada şəhid edilir. O,
Osmanlı dövlətinin
düçar olduğu
ağır günlərdə
bütün fəaliyyətini
bu istiqamətə yönəldir. Varlığını qorumağa çalışan
və çağdaş
türk Cümhuriyyəti
qurmaq uğrunda savaşan Atatürkə böyük hörmət bəsləyir, ona maddi və mənəvi
dəstək olurdu.
Türkiyəli tarixçi və
araşdırmacılar Qurtuluş
savaşında Nərimanovun
xidmətlərini Atatürkün
xidmətlərinə bərabər
tuturlar.
Tarixçi alim Hüseyn Adıgözəlin "Atatürk, Nərimanov və Qurtuluş savaşımız" əsərində oxuyuruq: "1921-ci il faciələrlə dolu Balkan savaşında Krımdan və Azərbaycan türklərindən gələn maddi və mənəvi dəstəyi ömrü boyu unutmayacağıq. Qurtuluş savaşının şiddətlə davam etdiyi 1921-ci ildə Azərbaycanda Sovet hökuməti artıq qurulmuşdu və dövlətin başında Nəriman Nərimanov idi. Mustafa Kamal paşa 1920-ci il mayın 3-də Şərq Cəbhəsinin Komandanı Kazım Qarabəkir paşaya məktubunda yazır: "Bu an dövlətdə bir quruş para qalmadı və para əldə edəcək qaynağımız da yox. Başqa qaynaqlardan bir şey əldə edilənə qədər Azərbaycan hökumətindən yüksək miqdarda borc almamız üçün gərəkəni yapmanızı rica edirəm".
Nəriman Nərimanov üzərində kommunist qılafı gəzdirsə də, Mustafa Kamalın mücadiləsini heyranlıqla izləyir, başarılı olması üçün nələr edə biləcəyini düşünürdü. 19 avqust 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinə məktub yazaraq savaşdıqları mübarizə üçün onları təbrik edir və sonra yazırdı: "İmperializmə qarşı bərabər hərəkət etməkdən başqa çarəmiz yoxdu. Müsəlman-Türk kommunistləri imperializmə qarşı yürütdüyünüz haqlı savaşınızda yanınızda olacaq, məqsədinizə çatmaq üçün var gücüylə sizə dəstək verəcəkdir. Əks təqdirdə nə sizin, nə də zülm altında inləyən Şərqin qurtuluşu olmayacaqdır".
Nərimanovun məktubu TBMM-də oxunur və böyük coşquyla alqışlanır. Bu şanlı məktub o dönəmdə əziyyət çəkən Türkiyəyə və Mustafa Kamal paşaya böyük mənəvi güc verir və onların dostluqlarını sonsuzlaşdırır.
Bundan sonra Nərimanov Türkiyədəki vəziyyəti daha çox izləyir, diplomatik və iqtisadi yardımını gücləndirirdi".
Hüseyn Adıgözəlin yenə həmin əsərindən: "Nərimanovun 23 mart 1921-ci ildə Atatürkə yazdığı məktubundan daha bir cümlə: "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər fürsətdə bir-birimizin əlindən tutacağız. Bu gün yaptığımız bir qardaşın yapdığından başqa bir şey olamaz". Bu onu ifadə edir ki, Nəriman Nərimanov kommunist olsa da, o, bir türk və türkçü idi. Kommunist olması canı qədər sevdiyi türk millətinə və Atatürkə yardım etməsinə, türklüyə xidmət etməsinə əngəl olmayıb.
Rəsmiyyə
RZALI
"Azərnəşr"in
redaktoru
525-ci qəzet.- 2015.- 22 aprel.- S.6.