Üzeyir
Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı
başlayır
Sentyabrın 18-də ölkəmizdə dahi bəstəkar,
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə
həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı
açılır.
525.az-a bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat
xidmətindən məlumat verilib.
Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti
və İrsi Fondu, eləcə də İCESCO-nun dəstəyi
ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək.
Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi,
Naxçıvan və Qazax şəhərlərində
keçiriləcək tədbirlər çərçivəsində
möhtəşəm konsertlər, tamaşalar, sərgilər,
elmi simpozium və ustad dərsləri təşkil olunacaq.
Festivalda Azərbaycan musiqiçiləri ilə
yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa,
İsveçrə, Koreya və digər ölkələrdən
tanınmış ifaçılar və musiqişünaslar
çıxış edəcəklər.
525-ci qəzet .- 2025. - 4 sentyabr (№158).- S.9.