Leyla
Əliyeva Şamaxıda
tarixi abidələrdə
aparılan işlərlə
tanış olub
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış
bərpa işləri
ilə tanış olub.
AZƏRTAC-ın
xəbərinə görə, Qobustanda “Diri Baba” türbəsində
olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə
öz unikallığı ilə bütün Qafqaz bölgəsində
seçilir. “Diri Baba”
türbəsi əsrlər
boyu Azərbaycan xalqı tərəfindən
müqəddəs yer
kimi tanınıb. Bu tarixi abidə
Prezident İlham Əliyevin tapşırığına
uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq
və mağaralarda tədqiqat işləri aparılıb. Eləcə
də abidənin turistlər tərəfindən
ziyarəti üçün
müvafiq infrastruktur yaradılıb.
Leyla Əliyeva
Şamaxıda Kələxana
türbələrində də
olub. Türbələrdə
arxeoloji tədqiqat işləri 2022-ci ildə
başa çatıb.
Arxeoloji tədqiqatlar zamanı türbələr
və ərazidəki
tikililərin tarixinin
XII əsrə gedib çıxdığı müəyyən
edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən
Kələxana türbələrində
hazırda bərpa və konservasiya işləri aparılır.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan
türbəsi, Pirsaat ziyarətgah kompleksində,
eləcə də digər tarixi, dini və mədəni
abidələrdə bərpa
və konservasiya işləri həyata keçirilib.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri
zamanı şəhid
heykəltaraş Samir
Kaçayevin ailəsi
ilə görüşüb.
Samir Kaçayev
2016-cı il Aprel döyüşləri zamanı
qəhrəmancasına həlak
olub. Ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
“İgidliyə görə”
medalı ilə təltif edilib.
Leyla Əliyeva
Şamaxıda müxtəlif
kəndlərin sakinləri
ilə də görüşüb.
Azərbaycan.-2024.-
20 avqust (№ 177).- S.7.