Qazax teatrı “Bəxtsiz cavanla pərdəni açıb

 

 

   Qazax Dövlət Dram Teatrı 80-ci mövsümə Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” tamaşası ilə başlayıb. Tamaşadan əvvəl teatrın direktoru Saqif İsgəndərov çıxış edərək mövsümün açılışı münasibətilə teatrsevərləri təbrik edib. Teatrın baş rejissoru Musa Eyyubov kollektivin keçdiyi tarixi yoldan, gələcək işlərdən danışıb.

   SonraBəxtsiz cavanfaciəsi göstərilib. Tamaşanın quruluşçu rejissoru Allahverdi Musayev, quruluşçu rəssamı Səyyad Məmmədovdur. Rolları Hacı Hacıyev, Yusif Qoca, Arif Almədədov, Səyalı İsmayılova, Nəsimi Aşbazov, Aydın Orucov İlqar Hacıbəyli oynayıblar.

 

Mədəniyyət.- 2017.- 22 sentyabr.- S.7.