Elmi şuranın iclasındaqan yaddaşımızdan söz açılıb

 

 

AMEA Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutu Elmi Şurasının 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş iclası keçirilib.

İnstitutun baş direktoru professor Abbas Seyidov 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin ayrı-ayrı vaxtlarda Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda ermənilərin törətdikləri qırğınlardan bəhs edib. Bildirilib ki, bu qırğınlarda 50 min azərbaycanlı qətlə yetirilib.

Diqqət çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıqda apardığı tədqiqat işlərindən danışıb. Bildirib ki, tədqiqatlar nəticəsində insan sümükləri olan 2 quyu, eləcə də skeletlərlə dolu arxlar müəyyən edilib. Quyularda 600-ə yaxın insan skeleti aşkar olunub. Arxlarda isə 211 kəllə sümüyü tapılıb. Kütləvi məzarlıq yerində 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksi inşa edilib.

 

Mədəniyyət.- 2023.- 29 mart.- S.2.