Böyük elmi nailiyyətlərin təməlində istedad və gərgin zəhmət dayanır

 

Yer elmləri sahəsində görkəmli alim, təcrübəli pedaqoq və gözəl insan, Azərbaycan Milli Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının geofiziki kəşfiyyat üsulları kafedrasının müdiri Pərviz Ziya oğlu Məmmədovun 75 yaşı tamam olur.

 

P.Məmmədov 1937-ci ilin yanvar ayında Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi medalla bitirmiş və həmin ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası - ADNA) daxil olmuşdur. İnstitutu 1959-cu ildə mühəndis - geofizik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1968-ci illərdə ÜET Geofizika İnstitutunun Azərbaycan filialında geofiziki partiyalarda və seysmik kəşfiyyat laboratoriyasında mühəndis və elmi işçi vəzifələrində işləmişdir. 1961-1965-ci illərdə AzSİ-nin qiyabi aspirantı olmuşdur. Elmi fəaliyyətinin ilk illərində seysmik dalğa sahələrinin nazik laylı kəsilişlərdə modelləşməsi, dalğaların dinamiki xassələrinin öyrənilməsi, mütəmadi davamlı seysmik horizontların izlənmə metodikasının işlənməsi ilə məşğul olmuşdur. Bu metodikanın tətbiqi nəticəsində Azərbaycanda ilk dəfə bir neçə seysmik horizont izlənmiş və məhsuldar qatın pazlaşma zonası dəqiqləşmişdir. Bu tədqiqatların nəticələri əsasında o, namizədlik dissertasiyasını müdafiə etmişdir.

Pərviz Məmmədov 1968-ci ildən ADNA-da geofizika kafedrasında dosent, professor, kafedra müdiri (1991-ci ildən), elmi işlər üzrə prorektor (1992-1993) və rektor (1993-1997) vəzifələrində çalışmışdır. 1972-76-cı illərdə P.Məmmədov Əlcəzair Neft İnstitutunda professorgeofizika sektorunun müdiri vəzifəsində çalışmış, tədris-metodiki şuranın sədri olmuşdur. Pedaqoji fəaliyyətlə bərabər o məhsuldar elmi-tədqiqatlar aparmış, Cənubi Xəzər Meqaçökəkliyinin (CXMÇ) mürəkkəb qırışıqlı sahələrində seysmik məlumatların interpretasiyasının və neft-qaz yataqlarının axtarılmasının metodiki məsələlərilə məşğul olmuşdur.

Professor P.Məmmədov neft-qaz yataqlarının axtarışında səmərəli seysmik stratiqrafiya üsulunu Azərbaycanda ilk dəfə tətbiq etmiş alimdir. 1981-ci ildən CXMÇ struktur-xüsusiyyətlərinin bu üsul ilə öyrənilməsilə məşğuldur. SSRİ EA-nın Yer Fizikası, GeologiyaOkeanologiya İnstitutlarının və ÜET Geofizika İnstitutunun alimlərilə birlikdə bu üsulun inkişafı və tətbiqi üçün çox görmüş, elmi konfrans və seminarların təşkilində fəal iştirak etmişdir. 1985-91-ci illərdə SSRİ EA nəzdində seysmostratiqrafiya komissiyasının üzvü olmuş və "Sediment" layihəsində iştirak etmişdir. Tanınmış jurnallardatoplumlarda P.Məmmədovun sedimentasiya modellərinə, çöküntü komplekslərinin seysmostratiqrafik ierarxiyasına, uyğunsuzluq səthlərinin izlənmə metodikasına, dalğa yaradan obyektlərin fizikigeoloji təbiətinin tətbiqinə, CXMÇ-nin regional seysmostratiqrafiyasına, neftli-qazlı məhsuldar qatın öyrənilməsinə, qeyri-antiklinal tipli tələlərin aşkarlanmasına həsr olunmuş məqalələri ölkənin elmi-ictimaiyyəti və xarici neft şirkətlərinin mütəxəssisləri arasında ona hörmət qazandırmışdır. Bu tədqiqatların nəticələri onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir (1991-ci il).

Yüksək elmi nailiyyətlərinə görə 1994-cü ildə P.Məmmədov Kembric Bioqrafiya Mərkəzi (Böyük Britaniya) tərəfindən "Men of achievment" (nailiyyətli adam) fəxri adına layiq görülmüşdür. 1996-cı ildə Beynəlxalq Mühəndislər Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

O, 1994-cü ildən Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG), Amerika Neftçi Geoloqlar Assosiasiyasının (AAPG) və Avropa Geofizik-Mühəndisləri Assosiasiyasının (EAGE) üzvüdür.

Professor P.Məmmədov Azərbaycan elmini dəfələrlə beynəlxalq aləmdə təmsil etmiş və ABŞ, İngiltərə, Almaniya, Avstriya, İsveçrə, Norveçs. ölkələrdə keçirilən beynəlxalq geoloji, geofizikineft konqreslərində və simpoziumlarında məruzələrlə iştirak etmişdir, fəxri fərman və mükafatlara layiq görülmüşdür.

Pərviz Məmmədov 180-dən çox elmi əsərin (məqalə, monoqrafiya, atlass.) müəllifidir. O, 1998-ci ildə ABŞ-da buraxılmış "Cənubi Xəzər hövzəsinin geoloji təkamülü" adlı atlasın və "Azərbaycan geologiyası" - "NeftQaz" VII cildinin müəlliflərindən biridir. Pərviz müəllim "CXÇ-nin geoloji-geofiziki modeli, hidrokarbon potensialı və geodinamiki problemləri" adlı dövlət proqramının tərtibçilərindən və məsul icraçılarındandır.

Alim geofizika ixtisası üzrə bir çox dərslik, dərs vəsaiti, tədris-metodiki işlərin müəllifdir. İndiyədək 10 elmlər namizədi (onlardan 5-i əcnəbi), 20 magistr hazırlamış, 3 elmlər doktorunun məsləhətçisi olmuş, yüzlərlə mühəndis-geofizik və bakalavr yetişdirmişdir ki, onlar dünyanın bir çox ölkələrində çalışırlar. P.Məmmədov müəllim missiyasını şərəflə, məsuliyyətlə daşımışdır. Səmərəli və qüsursuz elmi-pedaqoji fəaliyyətinə görə Təhsil NazirliyininMilli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif olunmuşdur. Professor Pərviz Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai işlərlə də çox fəal məşğul olur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti (1994-2003), keçmiş SSRİ Elmlər Akademiyası yanında "Seysmostratiqrafiya" komissiyasının üzvü (1984-1991), "Neftqaz" (Ali məktəblərin xəbərləri) jurnalının redaktoru (1993-1997), "AMEA Xəbərləri (Yer Elmləri)", "Azərbaycan Neft Təsərrüfatı" və "Geofizika yenilikləri" jurnallarının redaksiya heyətinin üzvü, Milli Geofizika Cəmiyyətinin vitse-prezidenti (1994-2002), Amerika Elmin İnkişafı Fondunun (CRDF) eksperti, Azərbaycan Milli Ensiklopediyasının resenzenti, AMEA "Yer Elmləri" bölməsi nəzdində Elmi tədqiqatların Koordinasiya Şurasının sədr müavini, ADNA-daGeologiya İnstitutunda fəaliyyət göstərən ixtisaslaşma şuralarının üzvü və Kəşfiyyat Geofizikası üzrə magistr adı verən ixtisaslaşmış elmi şuranın sədri kimi fəaliyyət göstərir. Pərviz müəllim yeni, qabaqcıl elmi nailiyyətləri təbliğ və tətbiq edən alimdir. O, ölkədə ilk dəfə interpretasiya prosesində dalğaların dinamik parametrlərindən istifadə etmiş, spektral analizsintezin proqramlarını hazırlamış, mütərəqqi metod-seysmostratiqrafiyanın geosinklinal-qırışıq zonalarında tətbiqinin elmi-nəzəri əsaslarını işləmişdir. O, Azərbaycanın mürəkkəb geoloji sahələrində seysmik horizontların izlənmə metodikasının həmmüəlliflərindən biridir. O, keçmiş SSRİ-də seysmostratiqrafiyanın tətbiqinə həsr olunmuş ilk doktorluq dissertasiyasını müdafiə etmişdir. Məşhur alimlər V.E.Xain, N.Y.Kunin, İ.A.Muşin, A.K.Urupov onun bu işinini yüksək dəyərləndirmiş və neft geologiyasına və geofizikasına böyük töhfə, yeni elmi-metodiki əsasla regionlararası ümumiləşdirmə kimi qiymətləndirmişlər.

Son illərdə P.Məmmədov Cənubi Xəzərin dərinlik quruluşu, geodinamikası və inkişaf mərhələlərini öyrənməklə məşğuldur. O, karbohidrogenlərin yaranması, miqrasiyası və akkumulyasiyası problemlərinin kristallik bünövrənin tipi və yaşı, geodinamikası ilə əlaqələrini aydınlaşdırmağa çalışır. Seysmik kəsilişlərdə strukturların və geoloji cisimlərin genezisi, qeyri-antiklinal strukturların təsnifatı və s. aktual məsələlərin tədqiqi ilə məşğuldur. Bu tədqiqatların nəticələri onun son illərdə çap etdirdiyi məqalələrdə və beynəlxalq konfranslarda (Helsinki, Leypsiq, Vyana, London, Paris, Madrid, Hyüston) etdiyi məruzələrdə öz əksini tapmışdır. Fəal və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və AMEA rəyasət heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. Geofizika elminin inkişafında nailiyyətlərinə görə adı 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə "Keçmiş SSRİ-nin və Rusiyanın görkəmli geofizikləri" ensiklopediyasına salınmış, 2010-cu ildə isə Geofiziki Tədqiqatlar üzrə Beynəlxalq Assosiasiyanın "Görkəmli geofizik S.Q.Komarov" medalı ilə təltif olunmuşdur.

Professor P.Məmmədov mənəvi keyfiyyətləri, fəal vətəndaş mövqeyi, prinsipiallığı ilə fərqlənən sadə insandır. Özünün çoxillik qüsursuz elmi-pedaqoji fəaliyyəti, geniş dünya görüşü və prinsipiallığı ilə ölkənin ziyalıları və elmi ictimaiyyəti arasında hörmət qazanmışdır. Əziz dost və yoldaşımıza geofizika elminin inkişafı və yüksək ixtisaslı kadrlar hazırlanması naminə uzun ömürcan sağlığı arzu edirik.

 

 

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər

Akademiyasının vitse-prezidenti,

Geologiya İnstitutunun direktoru,

akademik

 

Xalq qəzeti.- 2012.- 13 yanvar.- S. 7.