E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş Beynəlxalq musiqi festivalı - festival Azərbaycanda 2009 – cu ildən keçirilir. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakıda baş tutur. Bundan əvvəl 1995 – ci ildən başlayaraq hər ilin 18 sentyabr günü (Üzeyir Hacıbəyovun doğum günü) musiqi bayramı kimi qeyd olunurdu. Lakin 2009 – cu ildən Beynəlxalq Musiqi Festivalı keçirilməsi haqda qərar qəbul olunub. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı başqa ölkələrdən olan ifaçılar da iştrak edir. Festival zamanı konsertlərlə yanaşı Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları da baş tutur tamaşalarla yanaşı dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir. Festivalın təşkilatçıları Azərbaycan respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondudur


<< Geri